نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2835 | 24 | 44 | يقلب الله الليل والنهار إن في ذلك لعبرة لأولي الأبصار |
| | | Allah gecəni gündüzə (gündüzü də gecəyə) çevirər. Həqiqətən, bunda (gecə və gündüzün bir-birinin ardınca gedib-gəlməsində) bəsirət sahibləri üçün bir ibrət vardır. |
|
2836 | 24 | 45 | والله خلق كل دابة من ماء فمنهم من يمشي على بطنه ومنهم من يمشي على رجلين ومنهم من يمشي على أربع يخلق الله ما يشاء إن الله على كل شيء قدير |
| | | Allah hər heyvanı (canlını) bir sudan (nütfədən) yaratmışdır. Onların bə’zisi qarnı üstə sürünür, bə’zisi iki, bə’zisi isə dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Həqiqətən, Allah hər şeyə qadirdir! |
|
2837 | 24 | 46 | لقد أنزلنا آيات مبينات والله يهدي من يشاء إلى صراط مستقيم |
| | | Həqiqətən, Biz (hökmlərimizi, halal və haram buyurduqlarımızı, haqq yolu) açıq-aydın (bildirən) ayələr nazil etdik. Allah dilədiyini doğru yola (islam dininə) yönəldər. |
|
2838 | 24 | 47 | ويقولون آمنا بالله وبالرسول وأطعنا ثم يتولى فريق منهم من بعد ذلك وما أولئك بالمؤمنين |
| | | (Münafiqlər:) “Allaha, Peyğəmbərə iman gətirdik, itaət etdik!” – deyər, bundan sonra isə onlardan bir dəstə (Peyğəmbərdən) üz çevirər. Belələri mö’min (dilləri ilə ürəkləri bir olan müsəlman) deyillər. |
|
2839 | 24 | 48 | وإذا دعوا إلى الله ورسوله ليحكم بينهم إذا فريق منهم معرضون |
| | | (Münafiqlər) aralarında hökm etmək üçün Allahın (Allahın kitabının) və Peyğəmbərinin yanına çağırıldıqda onlardan bir dəstə (onun yanına gəlməkdən, haqqa boyun qoymaqdan) dərhal üz çevirər. |
|
2840 | 24 | 49 | وإن يكن لهم الحق يأتوا إليه مذعنين |
| | | Əgər haqq onların tərəfində olsa, itaət edib (tez) onun yanına gələrlər. |
|
2841 | 24 | 50 | أفي قلوبهم مرض أم ارتابوا أم يخافون أن يحيف الله عليهم ورسوله بل أولئك هم الظالمون |
| | | Onların qəlblərində mərəzmi (şəkk, nifaq mərəzimi) var? Yaxud Allahın və Peyğəmbərinin onlara cövr, haqsızlıq edəcəklərindən qorxurlar? Xeyr, onlar özləri zülmkardırlar! (Allaha asi olmaqla özləri-özlərinə zülm edirlər!) |
|
2842 | 24 | 51 | إنما كان قول المؤمنين إذا دعوا إلى الله ورسوله ليحكم بينهم أن يقولوا سمعنا وأطعنا وأولئك هم المفلحون |
| | | Aralarında hökm vermək üçün Allahın (Allahın kitabının) və Peyğəmbərinin yanına çağırıldıqları zaman mö’minlərin sözü ancaq: “Eşitdik və itaət etdik!” – deməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır! |
|
2843 | 24 | 52 | ومن يطع الله ورسوله ويخش الله ويتقه فأولئك هم الفائزون |
| | | Allaha və Onun Peyğəmbərinə itaət edənlər, Allahdan qorxub çəkinənlər – məhz belələri uğura çatanlardır (əbədi səadətə - Cənnətə qovuşanlardır). |
|
2844 | 24 | 53 | وأقسموا بالله جهد أيمانهم لئن أمرتهم ليخرجن قل لا تقسموا طاعة معروفة إن الله خبير بما تعملون |
| | | (Ya Rəsulum, münafiqlər) onlara əmr etdiyin zaman mütləq (cihada) çıxacaqları haqda Allaha çox möhkəm and içdilər. Onlara de: “(Yalandan) and içməyin, itaətiniz mə’lumdur (yaxud sizdən tələb olunan and yox, adicə itaətdir). Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır!” |
|