نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2832 | 24 | 41 | ألم تر أن الله يسبح له من في السماوات والأرض والطير صافات كل قد علم صلاته وتسبيحه والله عليم بما يفعلون |
| | | (Ya Rəsulum!) Məgər göylərdə və yerdə olanların (mələklərin, insanların, cinlərin), qanadlarını açıb (qatar-qatar) uçan quşların Allahı təqdis edib şə’ninə tə’riflər dediklərini görmürsənmi?! Allah onlardan hər birinin duasını, şükür-sənasını (yaxud onların hər biri öz duasını, şükr-sənasını) bilir. Allah onların nə etdiklərini (layiqincə) biləndir! |
|
2833 | 24 | 42 | ولله ملك السماوات والأرض وإلى الله المصير |
| | | Göylərin və yerin hökmü Allahındır. Axır dönüş də Allahadır! |
|
2834 | 24 | 43 | ألم تر أن الله يزجي سحابا ثم يؤلف بينه ثم يجعله ركاما فترى الودق يخرج من خلاله وينزل من السماء من جبال فيها من برد فيصيب به من يشاء ويصرفه عن من يشاء يكاد سنا برقه يذهب بالأبصار |
| | | Məgər görmürsənmi ki, Allah buludları qovar, sonra onları bir araya toplayar, sonra da üst-üstə yığıb topa halına salar. Və görürsən ki, (o buludların) arasından yağmur çıxar, sonra Allah göydən dağlar kimi (çox və böyük) dolu yağdırar, sonra da onunla istədiyini bəlaya düçar edər, istədiyindən də onu sovuşdurar. Buludların şimşəyinin parıltısı az qala gözləri kor edər. |
|
2835 | 24 | 44 | يقلب الله الليل والنهار إن في ذلك لعبرة لأولي الأبصار |
| | | Allah gecəni gündüzə (gündüzü də gecəyə) çevirər. Həqiqətən, bunda (gecə və gündüzün bir-birinin ardınca gedib-gəlməsində) bəsirət sahibləri üçün bir ibrət vardır. |
|
2836 | 24 | 45 | والله خلق كل دابة من ماء فمنهم من يمشي على بطنه ومنهم من يمشي على رجلين ومنهم من يمشي على أربع يخلق الله ما يشاء إن الله على كل شيء قدير |
| | | Allah hər heyvanı (canlını) bir sudan (nütfədən) yaratmışdır. Onların bə’zisi qarnı üstə sürünür, bə’zisi iki, bə’zisi isə dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Həqiqətən, Allah hər şeyə qadirdir! |
|
2837 | 24 | 46 | لقد أنزلنا آيات مبينات والله يهدي من يشاء إلى صراط مستقيم |
| | | Həqiqətən, Biz (hökmlərimizi, halal və haram buyurduqlarımızı, haqq yolu) açıq-aydın (bildirən) ayələr nazil etdik. Allah dilədiyini doğru yola (islam dininə) yönəldər. |
|
2838 | 24 | 47 | ويقولون آمنا بالله وبالرسول وأطعنا ثم يتولى فريق منهم من بعد ذلك وما أولئك بالمؤمنين |
| | | (Münafiqlər:) “Allaha, Peyğəmbərə iman gətirdik, itaət etdik!” – deyər, bundan sonra isə onlardan bir dəstə (Peyğəmbərdən) üz çevirər. Belələri mö’min (dilləri ilə ürəkləri bir olan müsəlman) deyillər. |
|
2839 | 24 | 48 | وإذا دعوا إلى الله ورسوله ليحكم بينهم إذا فريق منهم معرضون |
| | | (Münafiqlər) aralarında hökm etmək üçün Allahın (Allahın kitabının) və Peyğəmbərinin yanına çağırıldıqda onlardan bir dəstə (onun yanına gəlməkdən, haqqa boyun qoymaqdan) dərhal üz çevirər. |
|
2840 | 24 | 49 | وإن يكن لهم الحق يأتوا إليه مذعنين |
| | | Əgər haqq onların tərəfində olsa, itaət edib (tez) onun yanına gələrlər. |
|
2841 | 24 | 50 | أفي قلوبهم مرض أم ارتابوا أم يخافون أن يحيف الله عليهم ورسوله بل أولئك هم الظالمون |
| | | Onların qəlblərində mərəzmi (şəkk, nifaq mərəzimi) var? Yaxud Allahın və Peyğəmbərinin onlara cövr, haqsızlıq edəcəklərindən qorxurlar? Xeyr, onlar özləri zülmkardırlar! (Allaha asi olmaqla özləri-özlərinə zülm edirlər!) |
|