نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2792 | 24 | 1 | بسم الله الرحمن الرحيم سورة أنزلناها وفرضناها وأنزلنا فيها آيات بينات لعلكم تذكرون |
| | | Bu, Bizim nazil edib sizə vacib buyurduğumuz bir surədir. Biz onda açıq-aydın ayələr nazil etdik ki, bəlkə, düşünüb ibrət alasınız. |
|
2793 | 24 | 2 | الزانية والزاني فاجلدوا كل واحد منهما مائة جلدة ولا تأخذكم بهما رأفة في دين الله إن كنتم تؤمنون بالله واليوم الآخر وليشهد عذابهما طائفة من المؤمنين |
| | | Zinakar qadının və zinakar kişinin hər birinə yüz çubuq vurun. Əgər Allaha və axirət gününə inanırsınızsa, Allahın dininə görə onlara yazığınız gəlməsin. Qoy möminlərdən bir dəstə onların əzabına şahid olsun. |
|
2794 | 24 | 3 | الزاني لا ينكح إلا زانية أو مشركة والزانية لا ينكحها إلا زان أو مشرك وحرم ذلك على المؤمنين |
| | | Zinakar kişi ancaq zinakar və ya müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya müşrik bir kişiyə ərə gedə bilər. Möminlərə isə bu, haram edilmişdir. |
|
2795 | 24 | 4 | والذين يرمون المحصنات ثم لم يأتوا بأربعة شهداء فاجلدوهم ثمانين جلدة ولا تقبلوا لهم شهادة أبدا وأولئك هم الفاسقون |
| | | İsmətli qadınları zinada günahlandırıb, sonra dörd şahid gətirməyən kəslərə səksən çubuq vurun və onların şahidliyini heç vaxt qəbul etməyin. Onlar əsl fasiqlərdir. |
|
2796 | 24 | 5 | إلا الذين تابوا من بعد ذلك وأصلحوا فإن الله غفور رحيم |
| | | Bundan sonra tövbə edib özlərini islah edənlərdən başqa. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir. |
|
2797 | 24 | 6 | والذين يرمون أزواجهم ولم يكن لهم شهداء إلا أنفسهم فشهادة أحدهم أربع شهادات بالله إنه لمن الصادقين |
| | | Arvadlarını zinada günahlandırıb özlərindən başqa şahidləri olmayanların hər birinin şahidliyi, özünün doğru danışanlardan olmasına dair dörd dəfə Allahı şahid tutması, |
|
2798 | 24 | 7 | والخامسة أن لعنت الله عليه إن كان من الكاذبين |
| | | beşinci dəfə isə: “Əgər yalan danışanlardandırsa, Allah ona lənət eləsin!”– deməsidir. |
|
2799 | 24 | 8 | ويدرأ عنها العذاب أن تشهد أربع شهادات بالله إنه لمن الكاذبين |
| | | Qadının da ərinin yalan danışanlardan olduğuna dair dörd dəfə Allahı şahid tutması cəzanı ondan dəf edər. |
|
2800 | 24 | 9 | والخامسة أن غضب الله عليها إن كان من الصادقين |
| | | Beşinci dəfə: “Əgər ər doğru danışanlardandırsa, Allah o qadına lənət eləsin!”– deməlidir. |
|
2801 | 24 | 10 | ولولا فضل الله عليكم ورحمته وأن الله تواب حكيم |
| | | Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, Allah tövbələri qəbul edən və Müdrik olmasaydı yalan danışanlar Allahın lənətinə gələrdilər. |
|