نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2783 | 23 | 110 | فاتخذتموهم سخريا حتى أنسوكم ذكري وكنتم منهم تضحكون |
| | | Siz isə onları məsxərəyə qoyurdunuz. (Bu məsxərə, lağlağı başınızı o qədər qatmışdı ki) Məni yada salmağı belə sizə unutdurmuşdu. Siz (istehza ilə) onlara gülürdünüz. |
|
2784 | 23 | 111 | إني جزيتهم اليوم بما صبروا أنهم هم الفائزون |
| | | Həqiqətən, Mən səbr etdiklərinə görə onları mükafatlandırdım. Onlar nicat tapanlardır (uğura yetənlərdir)!” |
|
2785 | 23 | 112 | قال كم لبثتم في الأرض عدد سنين |
| | | (Allah qiyamət günü kafirlərə) belə buyuracaqdır: “Yer üzündə neçə il qaldınız?” |
|
2786 | 23 | 113 | قالوا لبثنا يوما أو بعض يوم فاسأل العادين |
| | | Onlar: “Bir gün, bir gündən də az, hər halda, sayanlardan (insanların əməllərini sayan mələklərdən) soruş!” – deyə cavab verəcəklər. |
|
2787 | 23 | 114 | قال إن لبثتم إلا قليلا لو أنكم كنتم تعلمون |
| | | Allah buyuracaq: “Əgər (həqiqəti) bilirsinizsə, siz (orada) çox az qaldınız! (Dünya həyatı axirət həyatı ilə müqayisədə olduqca qısadır). |
|
2788 | 23 | 115 | أفحسبتم أنما خلقناكم عبثا وأنكم إلينا لا ترجعون |
| | | Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?” |
|
2789 | 23 | 116 | فتعالى الله الملك الحق لا إله إلا هو رب العرش الكريم |
| | | Həqiqi hökmdar olan Allah (hər şeydən) ucadır. Ondan başqa heç bir tanrı yoxdur. O, kərim (uca, qiymətli) olan ərşin Rəbbidir! (Allahın rəhməti, xeyir-bərəkəti, peyğəmbərlərə gələn vəhy ərşdən nazil olduğu üçün o kərimdir). |
|
2790 | 23 | 117 | ومن يدع مع الله إلها آخر لا برهان له به فإنما حسابه عند ربه إنه لا يفلح الكافرون |
| | | Kim Allahla yanaşı başqa bir tanrıya ibadət edərsə - bunun üçün isə onun heç bir dəlili yoxdur – (qiyamət günü) onun cəzasını Rəbbi özü verəcəkdir. Həqiqətən, kafirlər nicat tapmazlar! |
|
2791 | 23 | 118 | وقل رب اغفر وارحم وأنت خير الراحمين |
| | | (Ya Rəsulum!) De: “Ey Rəbbim (Bizi) bağışla və rəhm et! (Ümmətimin günahlarından keç, tövbəmizi qəbul buyurmaqla bizə mərhəmət əta et!) Sən rəhm edənlərin ən yaxşısısan! |
|
2792 | 24 | 1 | بسم الله الرحمن الرحيم سورة أنزلناها وفرضناها وأنزلنا فيها آيات بينات لعلكم تذكرون |
| | | Bu, (səmadan) nazil edib (hökmlərini) vacib buyurduğumuz bir surədir. Biz onda açıq-aşkar ayələr nazil etdik ki, bəlkə, düşünüb ibrət alasınız! |
|