نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2777 | 23 | 104 | تلفح وجوههم النار وهم فيها كالحون |
| | | Cəhənnəm odu onların üzünü yandırar. Onlar orada (üst dodaqları başlarının tən ortasına, alt dodaqları isə göbəklərinə qədər uzanaraq) dişləri ağarmış vəziyyətdə durarlar. |
|
2778 | 23 | 105 | ألم تكن آياتي تتلى عليكم فكنتم بها تكذبون |
| | | (Onlara deyilər:) “Məgər Mənim ayələrim sizlərə oxunmurdumu? Siz isə onları yalan hesab edirsiniz!” |
|
2779 | 23 | 106 | قالوا ربنا غلبت علينا شقوتنا وكنا قوما ضالين |
| | | Onlar deyərlər: “Ey Rəbbimiz! Rəzil taleyimiz (bədbəxtliyimiz) bizə qələbə çaldı və biz haqq yoldan azan bir camaat olduq! |
|
2780 | 23 | 107 | ربنا أخرجنا منها فإن عدنا فإنا ظالمون |
| | | Ey Rəbbimiz! Bizi oradan (cəhənnəm odundan çıxart! Əgər bir də (Sənin xoşuna gəlməyən pis işlərə) qayıtsaq, şübhəsiz ki, zalım (özümüz özümüzə zülm etmiş) olarıq”. |
|
2781 | 23 | 108 | قال اخسئوا فيها ولا تكلمون |
| | | (Allah) buyurar: “Orada zəlil (mə’yus) vəziyyətdə durub qalın və Mənə heç bir şey deməyin! (Cəhənnəm odundan xilas edilməyinizi Məndən diləməyin!)” |
|
2782 | 23 | 109 | إنه كان فريق من عبادي يقولون ربنا آمنا فاغفر لنا وارحمنا وأنت خير الراحمين |
| | | Çünki bəndələrimdən bir zümrə (mö’minlər) var idi ki, onlar: “Ey Rəbbimiz! Biz (Sənə) iman gətirdik. Artıq bizi bağışla, bizə rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan!” – deyirdilər. |
|
2783 | 23 | 110 | فاتخذتموهم سخريا حتى أنسوكم ذكري وكنتم منهم تضحكون |
| | | Siz isə onları məsxərəyə qoyurdunuz. (Bu məsxərə, lağlağı başınızı o qədər qatmışdı ki) Məni yada salmağı belə sizə unutdurmuşdu. Siz (istehza ilə) onlara gülürdünüz. |
|
2784 | 23 | 111 | إني جزيتهم اليوم بما صبروا أنهم هم الفائزون |
| | | Həqiqətən, Mən səbr etdiklərinə görə onları mükafatlandırdım. Onlar nicat tapanlardır (uğura yetənlərdir)!” |
|
2785 | 23 | 112 | قال كم لبثتم في الأرض عدد سنين |
| | | (Allah qiyamət günü kafirlərə) belə buyuracaqdır: “Yer üzündə neçə il qaldınız?” |
|
2786 | 23 | 113 | قالوا لبثنا يوما أو بعض يوم فاسأل العادين |
| | | Onlar: “Bir gün, bir gündən də az, hər halda, sayanlardan (insanların əməllərini sayan mələklərdən) soruş!” – deyə cavab verəcəklər. |
|