نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2762 | 23 | 89 | سيقولون لله قل فأنى تسحرون |
| | | Onlar mütləq: “(Bu qüdrət, bu vəsflər yalnız) Allahındır!” – deyə cavab verəcəklər. Sən də de: “Bəs elə isə (Şeytana aldanıb haqqa boyun qoymaqdan, Allahın ayələrinə inanmaqdan və yalnız Ona ibadət etməkdən) nə cür (aldanılıb) döndərilirsiniz? |
|
2763 | 23 | 90 | بل أتيناهم بالحق وإنهم لكاذبون |
| | | Xeyr, Biz onları haqqı (haqq yol olan islam dinini) gətirdik. Onlar isə, şübhəsiz ki, yalançıdırlar! |
|
2764 | 23 | 91 | ما اتخذ الله من ولد وما كان معه من إله إذا لذهب كل إله بما خلق ولعلا بعضهم على بعض سبحان الله عما يصفون |
| | | Allah (Özünə) heç bir övlad götürməmişdir. (Nə İsa Onun oğlu, nə də mələklər Onun qızlarıdır. Əksinə, onların hamısı Allahın qüdrətindən yaranmış məxluqatlardır). Onunla yanaşı (ibadət ediləcək) heç bir tanrı yoxdur. Əgər belə olsaydı, onda heç bir tanrı əlahiddə öz yaratdıqları ilə gedər, (öz məxluqatını ayırıb aparar) və onların bir qismi (dünyadakı padşahlar kimi) digərinə üstün olmağa çalışardı. Allah müşriklərin (Ona) aid etdikləri sifətlərdən tamamilə kənardır! |
|
2765 | 23 | 92 | عالم الغيب والشهادة فتعالى عما يشركون |
| | | O, qeybi də, aşkarı da bilir. Allah (müşriklərin) Ona qoşduğu şəriklərdən çox ucadır! |
|
2766 | 23 | 93 | قل رب إما تريني ما يوعدون |
| | | (Ya Rəsulum!) De: “Ey Rəbbim! Əgər (müşriklərə) və’d etdiyin əzabı mənə göstərəcəksənsə, |
|
2767 | 23 | 94 | رب فلا تجعلني في القوم الظالمين |
| | | Onda məni zalım tayfanın içində qoyma, ey Rəbbim!” (“Məni də onlarla birlikdə həlak etmə. Məni razı qaldığın kəslərlə bir yerdə et!”) |
|
2768 | 23 | 95 | وإنا على أن نريك ما نعدهم لقادرون |
| | | (Ya Rəsulum!) Biz onlara və’d etdiyimizi (əzabı) sənə göstərməyə, əlbəttə, qadirik! |
|
2769 | 23 | 96 | ادفع بالتي هي أحسن السيئة نحن أعلم بما يصفون |
| | | Sən pisliyi yaxşılıqla dəf et! (Gözəl xislət sahibi olub sənə pislik edəni, əziyyət verəni əfv et!) Biz (müşriklərin Bizə) aid etdikləri sifətləri (və sənin haqqında dedikləri nalayiq sözləri) daha yaxşı bilirik! |
|
2770 | 23 | 97 | وقل رب أعوذ بك من همزات الشياطين |
| | | Və de: “Ey Rəbbim! Mən şeytanların vəsvəsələrindən Sənə sığınıram! |
|
2771 | 23 | 98 | وأعوذ بك رب أن يحضرون |
| | | Onların yanımda olmalarından (işlərimə xələl qatmalarından) Sənə pənah gətirirəm, ey Rəbbim!” |
|