نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2755 | 23 | 82 | قالوا أإذا متنا وكنا ترابا وعظاما أإنا لمبعوثون |
| | | (Keçmiş ümmətlər) belə demişdilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra bir də dirildiləcəyik?” |
|
2756 | 23 | 83 | لقد وعدنا نحن وآباؤنا هذا من قبل إن هذا إلا أساطير الأولين |
| | | Həqiqətən, bizə də, atalarımıza da öncə bu (dirilmə) və’d olunmuşdu. Bu, qədimlərin (keçmiş ümmətlərin) əfsanələrindən (uydurmalarından) başqa bir şey deyildir. |
|
2757 | 23 | 84 | قل لمن الأرض ومن فيها إن كنتم تعلمون |
| | | (Ya Rəsulum! Bu müşriklərə) de: “Əgər bilirsinizsə, (bir deyin görək) bu yer və yer üzündə olanlar (bütün məxluqat) kimindir?” |
|
2758 | 23 | 85 | سيقولون لله قل أفلا تذكرون |
| | | Onlar mütləq: “Allahındlr!” – deyə cavab verəcəklər. Sən də de: “Bəs elə isə (məxluqatı yaratmağa qadir olan kəsin öləndən sonra onları yenidən dirildə biləcəyini) düşünmürsünüz?” |
|
2759 | 23 | 86 | قل من رب السماوات السبع ورب العرش العظيم |
| | | De: “Yeddi (qat) göyün Rəbbi, o (böyük) əzəmətli ərşin Rəbbi (sahibi) kimdir?” |
|
2760 | 23 | 87 | سيقولون لله قل أفلا تتقون |
| | | (Müşriklər) mütləq: “(Bunlar) Allahındır!” – deyə cavab verəcəklər. Onda sən də de: “Bəs elə isə (Allahın əzabından) qorxmursunuz?” |
|
2761 | 23 | 88 | قل من بيده ملكوت كل شيء وهو يجير ولا يجار عليه إن كنتم تعلمون |
| | | De: “Əgər bilirsinizsə, (bir deyin görək) hər şeyin hökmü əlində olan, (istədiyini) himayə edən, amma Özünün himayəyə ehtiyacı olmayan kimdir?” |
|
2762 | 23 | 89 | سيقولون لله قل فأنى تسحرون |
| | | Onlar mütləq: “(Bu qüdrət, bu vəsflər yalnız) Allahındır!” – deyə cavab verəcəklər. Sən də de: “Bəs elə isə (Şeytana aldanıb haqqa boyun qoymaqdan, Allahın ayələrinə inanmaqdan və yalnız Ona ibadət etməkdən) nə cür (aldanılıb) döndərilirsiniz? |
|
2763 | 23 | 90 | بل أتيناهم بالحق وإنهم لكاذبون |
| | | Xeyr, Biz onları haqqı (haqq yol olan islam dinini) gətirdik. Onlar isə, şübhəsiz ki, yalançıdırlar! |
|
2764 | 23 | 91 | ما اتخذ الله من ولد وما كان معه من إله إذا لذهب كل إله بما خلق ولعلا بعضهم على بعض سبحان الله عما يصفون |
| | | Allah (Özünə) heç bir övlad götürməmişdir. (Nə İsa Onun oğlu, nə də mələklər Onun qızlarıdır. Əksinə, onların hamısı Allahın qüdrətindən yaranmış məxluqatlardır). Onunla yanaşı (ibadət ediləcək) heç bir tanrı yoxdur. Əgər belə olsaydı, onda heç bir tanrı əlahiddə öz yaratdıqları ilə gedər, (öz məxluqatını ayırıb aparar) və onların bir qismi (dünyadakı padşahlar kimi) digərinə üstün olmağa çalışardı. Allah müşriklərin (Ona) aid etdikləri sifətlərdən tamamilə kənardır! |
|