نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2748 | 23 | 75 | ولو رحمناهم وكشفنا ما بهم من ضر للجوا في طغيانهم يعمهون |
| | | Əgər Biz onlara rəhm edib düşdükləri müsibətdən qurtarsaq, onlar şaşqın vəziyyətdə yenə də azğınlıqlarında davam edərlər. (Məkkəyə yeddi il ərzində aclıq, qıtlıq üz vermişdi. Məkkə müşrikləri Peyğəmbərin yanına gedib bu bəladan qurtarmaları üçün Allaha dua etməyi xahiş etmişdilər. Peyğəmbərin duasından sonra Məkkədə bolluq olmuş, camaatın güzəranı tamamilə yaxşılaşmışdı. Bunun müqabilində Peyğəmbərə iman gətirmək əvəzinə, müşriklər ona verdikləri əzab-əziyyəti daha da gücləndirmişdilər). |
|
2749 | 23 | 76 | ولقد أخذناهم بالعذاب فما استكانوا لربهم وما يتضرعون |
| | | Biz həqiqətən, onları əzabla yaxaladıq, lakin onlar yenə öz Rəbbinə itaət etmədilər, (Ona) yalvarıb-yaxarmadılar (iman gətirmədilər ki, gətirmədilər). |
|
2750 | 23 | 77 | حتى إذا فتحنا عليهم بابا ذا عذاب شديد إذا هم فيه مبلسون |
| | | Nəhayət, onların üzünə bir əzab qapısı açdığımız (Bədr vuruşunun müsibətinə düçar etdiyimiz) zaman dərhal ümidsizliyə qapıldılar (dilləri-ağızları quruyub, mat-məəttəl qaldılar). |
|
2751 | 23 | 78 | وهو الذي أنشأ لكم السمع والأبصار والأفئدة قليلا ما تشكرون |
| | | Sizə qulaq, göz və ürək verən Odur. Siz (Allahın ne’mətlərinə) çox az şükür edirsiniz. |
|
2752 | 23 | 79 | وهو الذي ذرأكم في الأرض وإليه تحشرون |
| | | Sizləri yer üzündə yaradıb törədən (yer üzünə yayıb səpələyən) Odur. Siz (qiyamət günü) Onun hüzuruna cəm ediləcəksiniz. |
|
2753 | 23 | 80 | وهو الذي يحيي ويميت وله اختلاف الليل والنهار أفلا تعقلون |
| | | Dirildən də, öldürən də Odur. Gecə və gündüzü bir-birinin ardınca gedib-gəlməsi də Onun əmrilədir. Məgər (Allahın qüdrətini, ibadətə bütlərin deyil, məhz Onun layiq olduğunu) dərk etmirsiniz? |
|
2754 | 23 | 81 | بل قالوا مثل ما قال الأولون |
| | | Xeyr, onlar da əvvəlkilərin (keçmiş ümmətlərin) dedikləri kimi dedilər. |
|
2755 | 23 | 82 | قالوا أإذا متنا وكنا ترابا وعظاما أإنا لمبعوثون |
| | | (Keçmiş ümmətlər) belə demişdilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra bir də dirildiləcəyik?” |
|
2756 | 23 | 83 | لقد وعدنا نحن وآباؤنا هذا من قبل إن هذا إلا أساطير الأولين |
| | | Həqiqətən, bizə də, atalarımıza da öncə bu (dirilmə) və’d olunmuşdu. Bu, qədimlərin (keçmiş ümmətlərin) əfsanələrindən (uydurmalarından) başqa bir şey deyildir. |
|
2757 | 23 | 84 | قل لمن الأرض ومن فيها إن كنتم تعلمون |
| | | (Ya Rəsulum! Bu müşriklərə) de: “Əgər bilirsinizsə, (bir deyin görək) bu yer və yer üzündə olanlar (bütün məxluqat) kimindir?” |
|