نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2736 | 23 | 63 | بل قلوبهم في غمرة من هذا ولهم أعمال من دون ذلك هم لها عاملون |
| | | Lakin (kafirlərin) qəlbləri bundan (Qur’andan) xəbərsizdir (bu barədə cəhalət içindədir). Onların bundan başqa (Allaha xoş getməyən) ayrı işləri də vardır ki, elə onları edib durarlar (küfr edib günaha batarlar). |
|
2737 | 23 | 64 | حتى إذا أخذنا مترفيهم بالعذاب إذا هم يجأرون |
| | | Nəhayət, onların naz-ne’mət içində yaşayan başçılarını əzabla yaxaladığımız zaman (Bədr vuruşu günü) fəryad edib imdad diləyərlər. |
|
2738 | 23 | 65 | لا تجأروا اليوم إنكم منا لا تنصرون |
| | | (Onlara belə deyirlər:) “Yalvarıb-yaxarmayın, bu gün Bizdən sizə heç bir kömək yetişməz!” |
|
2739 | 23 | 66 | قد كانت آياتي تتلى عليكم فكنتم على أعقابكم تنكصون |
| | | Ayələrimiz sizə oxunduğu zaman arxa çevirirdiniz (onları yalan hesab edib inanmırdınız). |
|
2740 | 23 | 67 | مستكبرين به سامرا تهجرون |
| | | (Kə’bə əhlisiniz, sizə heç bir şey olmaz, deyə iman gətirməyi) özünüzə sığışdırmayıb gecələr toplanaraq (Qur’an və Peyğəmbər barəsində) ağzınıza gələni deyirdiniz (yaxud onlardan üz döndərirdiniz). |
|
2741 | 23 | 68 | أفلم يدبروا القول أم جاءهم ما لم يأت آباءهم الأولين |
| | | Məgər (müşriklər) kəlam (Allah kəlamı - Qur’an) haqqında düşünüb daşınmırlarmı? Yaxud onlara ulu babalarına (keçmiş ümmətlərinə) gəlməyən bir şey gəldi? (Onlar Qur’anın, Peyğəmbərin haqq olduğunu niyə anlamırlar? Məgər ulu babalarına İbrahim, İsmail, Musa kimi peyğəmbərlər gəlmədimi? Yaxud onlara Tövrat, Sühüf kimi kitablar nazil olmadımı?) |
|
2742 | 23 | 69 | أم لم يعرفوا رسولهم فهم له منكرون |
| | | Yoxsa öz Peyğəmbərini tanımadılar və buna görə onu inkar edirlər? |
|
2743 | 23 | 70 | أم يقولون به جنة بل جاءهم بالحق وأكثرهم للحق كارهون |
| | | Yaxud: “Onda divanəlik var?” – dedilər. Xeyr, Peyğəmbər onlara haqqla (Qur’anla) gəldi. Lakin onların əksəriyyəti haqqı xoşlamır. |
|
2744 | 23 | 71 | ولو اتبع الحق أهواءهم لفسدت السماوات والأرض ومن فيهن بل أتيناهم بذكرهم فهم عن ذكرهم معرضون |
| | | Əgər haqq (Qur’an) onların nəfslərinin istəklərinə tabe olsaydı (və ya Allah onların istədikləri kimi hərəkət etsəydi), göylər, yer və onlarda olanlar (bütün məxluqat) korlanıb gedərdi (aləm bir-birinə qarışıb nizamı pozulardı). Xeyr, Biz (müşriklərə) onlar üçün öyüd-nəsihət (və Peyğəmbər öz qövmlərindən olduğu üçün şərəf olan Qur’anı) gətirdik, onlar isə özlərinə edilən öyüd-nəsihətdən (və şərəflərindən) üz döndərirlər. |
|
2745 | 23 | 72 | أم تسألهم خرجا فخراج ربك خير وهو خير الرازقين |
| | | Yoxsa (Ya Rəsulum!) sən onlardan (öz peyğəmbərliyinə, haqqı təbliğ etdiyinə görə) bir muzd (ücrət) istəyirsən? Rəbbinin əcri (dünyada verdiyi ruzi, axirətdə verəcəyi mükafat) daha xeyirlidir. O, ruzi verənlərin ən yaxşısıdır! |
|