نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2735 | 23 | 62 | ولا نكلف نفسا إلا وسعها ولدينا كتاب ينطق بالحق وهم لا يظلمون |
| | | Biz hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyirik. Yanımızda haqqı deyən bir Kitab vardır. Onlara zülm olunmaz. |
|
2736 | 23 | 63 | بل قلوبهم في غمرة من هذا ولهم أعمال من دون ذلك هم لها عاملون |
| | | Lakin onların qəlbi bundan xəbərsizdir. Onların bundan başqa gördükləri başqa pis işləri də vardır. |
|
2737 | 23 | 64 | حتى إذا أخذنا مترفيهم بالعذاب إذا هم يجأرون |
| | | Nəhayət, onların cah-calal içində yaşayanlarını əzabla yaxaladığımız zaman fəryad qopararlar. |
|
2738 | 23 | 65 | لا تجأروا اليوم إنكم منا لا تنصرون |
| | | Onlara deyiləcək: “Bu gün fəryad qoparmayın! Qətiyyən, Biz sizə heç bir köməklik göstərməyəcəyik!” |
|
2739 | 23 | 66 | قد كانت آياتي تتلى عليكم فكنتم على أعقابكم تنكصون |
| | | Ayələrim sizə oxunurdu, siz isə arxa çevirirdiniz. |
|
2740 | 23 | 67 | مستكبرين به سامرا تهجرون |
| | | Həm də onunla (o Kəbə ilə) təkəbbürlük edir, gecələr toplanıb yaramaz sözlər danışırdınız. |
|
2741 | 23 | 68 | أفلم يدبروا القول أم جاءهم ما لم يأت آباءهم الأولين |
| | | Məgər kafirlər bu Söz haqqında düşünmürlərmi? Yaxud onlara ulu babalarına gəlməyən bir şey gəldi? |
|
2742 | 23 | 69 | أم لم يعرفوا رسولهم فهم له منكرون |
| | | Yoxsa onlar özlərinə göndərilmiş Elçini tanımayıb buna görə də onu inkar edirlər? |
|
2743 | 23 | 70 | أم يقولون به جنة بل جاءهم بالحق وأكثرهم للحق كارهون |
| | | Yaxud: “O cinlidir?”– deyirlər. Xeyr, o elçi onlara haqqı gətirmişdir. Lakin onların çoxu haqqı xoşlamır. |
|
2744 | 23 | 71 | ولو اتبع الحق أهواءهم لفسدت السماوات والأرض ومن فيهن بل أتيناهم بذكرهم فهم عن ذكرهم معرضون |
| | | Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar fəsada uğrayardı. Doğrusu, Biz onlara Zikr gətirdik, onlar isə özlərinə verilən Zikrdən üz döndərirlər. |
|