نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2732 | 23 | 59 | والذين هم بربهم لا يشركون |
| | | Rəbbinə şərik qoşmayanlar; |
|
2733 | 23 | 60 | والذين يؤتون ما آتوا وقلوبهم وجلة أنهم إلى ربهم راجعون |
| | | Ürəkləri Rəbbinin hüzuruna qayıdacaqlarından qorxuya düşüb verməli olduqlarını (zəkatı, sədəqəni) verənlər – |
|
2734 | 23 | 61 | أولئك يسارعون في الخيرات وهم لها سابقون |
| | | Məhz onlar yaxşı işlər görməyə tələsər (bir-biri ilə yarışar) və bu işlərdə (başqalarından) öndə gedərlər. |
|
2735 | 23 | 62 | ولا نكلف نفسا إلا وسعها ولدينا كتاب ينطق بالحق وهم لا يظلمون |
| | | Biz heç kəsi gücü çatmayan işi görməyə vadar etmərik. (Hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyərik. Namazı ayaq üstə qıla bilməyən oturub qıla bilər. Xəstəliyinə, zəifliyinə görə oruc tuta bilməyən orucunu yeyə bilər). Bizdə haqqı söyləyən bir Kitab vardır. Onlara (haqsız yerə əsla) zülm olunmaz. |
|
2736 | 23 | 63 | بل قلوبهم في غمرة من هذا ولهم أعمال من دون ذلك هم لها عاملون |
| | | Lakin (kafirlərin) qəlbləri bundan (Qur’andan) xəbərsizdir (bu barədə cəhalət içindədir). Onların bundan başqa (Allaha xoş getməyən) ayrı işləri də vardır ki, elə onları edib durarlar (küfr edib günaha batarlar). |
|
2737 | 23 | 64 | حتى إذا أخذنا مترفيهم بالعذاب إذا هم يجأرون |
| | | Nəhayət, onların naz-ne’mət içində yaşayan başçılarını əzabla yaxaladığımız zaman (Bədr vuruşu günü) fəryad edib imdad diləyərlər. |
|
2738 | 23 | 65 | لا تجأروا اليوم إنكم منا لا تنصرون |
| | | (Onlara belə deyirlər:) “Yalvarıb-yaxarmayın, bu gün Bizdən sizə heç bir kömək yetişməz!” |
|
2739 | 23 | 66 | قد كانت آياتي تتلى عليكم فكنتم على أعقابكم تنكصون |
| | | Ayələrimiz sizə oxunduğu zaman arxa çevirirdiniz (onları yalan hesab edib inanmırdınız). |
|
2740 | 23 | 67 | مستكبرين به سامرا تهجرون |
| | | (Kə’bə əhlisiniz, sizə heç bir şey olmaz, deyə iman gətirməyi) özünüzə sığışdırmayıb gecələr toplanaraq (Qur’an və Peyğəmbər barəsində) ağzınıza gələni deyirdiniz (yaxud onlardan üz döndərirdiniz). |
|
2741 | 23 | 68 | أفلم يدبروا القول أم جاءهم ما لم يأت آباءهم الأولين |
| | | Məgər (müşriklər) kəlam (Allah kəlamı - Qur’an) haqqında düşünüb daşınmırlarmı? Yaxud onlara ulu babalarına (keçmiş ümmətlərinə) gəlməyən bir şey gəldi? (Onlar Qur’anın, Peyğəmbərin haqq olduğunu niyə anlamırlar? Məgər ulu babalarına İbrahim, İsmail, Musa kimi peyğəmbərlər gəlmədimi? Yaxud onlara Tövrat, Sühüf kimi kitablar nazil olmadımı?) |
|