نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2725 | 23 | 52 | وإن هذه أمتكم أمة واحدة وأنا ربكم فاتقون |
| | | Həqiqətən, bu, vahid bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Elə isə Məndən qorxun. |
|
2726 | 23 | 53 | فتقطعوا أمرهم بينهم زبرا كل حزب بما لديهم فرحون |
| | | Lakin ümmətlər öz dinini aralarında parçalayıb firqələrə bölündülər. Hər firqə özündə olana sevinir. |
|
2727 | 23 | 54 | فذرهم في غمرتهم حتى حين |
| | | Sən onları bir müddət öz cəhaləti içində burax! |
|
2728 | 23 | 55 | أيحسبون أنما نمدهم به من مال وبنين |
| | | Yoxsa günahkarlar elə hesab edirlər ki, onlara var-dövlət və övlad verməklə |
|
2729 | 23 | 56 | نسارع لهم في الخيرات بل لا يشعرون |
| | | onlara yaxşılıq etməyə tələsirik? Xeyr, onlar bu işin fərqinə varmırlar. |
|
2730 | 23 | 57 | إن الذين هم من خشية ربهم مشفقون |
| | | Həqiqətən, Rəbbinin qorxusundan əsim-əsim əsənlər, |
|
2731 | 23 | 58 | والذين هم بآيات ربهم يؤمنون |
| | | Rəbbinin ayələrinə iman gətirənlər, |
|
2732 | 23 | 59 | والذين هم بربهم لا يشركون |
| | | Rəbbinə şərik qoşmayanlar, |
|
2733 | 23 | 60 | والذين يؤتون ما آتوا وقلوبهم وجلة أنهم إلى ربهم راجعون |
| | | Rəbbinə qayıdacaqlar deyə yerinə yetirməli olduqlarını qəlbləri qorxa-qorxa yerinə yetirənlər – |
|
2734 | 23 | 61 | أولئك يسارعون في الخيرات وهم لها سابقون |
| | | Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər. |
|