نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2720 | 23 | 47 | فقالوا أنؤمن لبشرين مثلنا وقومهما لنا عابدون |
| | | (Fir’on və ə’yan-əşrafı) dedilər: “Bunların tayfası bizə bir qul kimi itaət etdiyi halda, biz özümüz kimi iki adi insana imanmı gətirəcəyik?” |
|
2721 | 23 | 48 | فكذبوهما فكانوا من المهلكين |
| | | Beləliklə, onları yalançı saydılar və nəticədə məhvə düçar edilənlərdən oldular. |
|
2722 | 23 | 49 | ولقد آتينا موسى الكتاب لعلهم يهتدون |
| | | Həqiqətən, Biz Musaya kitabı (Tövratı) verdik ki, bəlkə, (İsrail oğulları) doğru yola yönəlsinlər! |
|
2723 | 23 | 50 | وجعلنا ابن مريم وأمه آية وآويناهما إلى ربوة ذات قرار ومعين |
| | | Məryəm oğlunu (İsanı) və (bakirə) anasını (qüdrətimizdən yaranmış) bir mö’cüzə etdik. Onları abad (rahat) və axar sulu uca bir yerdə yerləşdirdik. |
|
2724 | 23 | 51 | يا أيها الرسل كلوا من الطيبات واعملوا صالحا إني بما تعملون عليم |
| | | (Müxtəlif zamanlarda ayrı-ayrı ümmətlərə göndərdiyimiz peyğəmbərlərə belə buyurduq:) “Ey peyğəmbərlər! Təmiz (halal) ne’mətlərdən yeyin və yaxşı işlər görün! (Vacib və könüllü ibadətləri həm zahirən, həm də gizli, həmişə yerinə yetirin!) Mən, həqiqətən, sizin nə etdiklərinizi bilirəm! |
|
2725 | 23 | 52 | وإن هذه أمتكم أمة واحدة وأنا ربكم فاتقون |
| | | Bu (tövhid dini islam) tək bir din olaraq sizin dininizdir, Mən də sizin Rəbbinizəm. Məndən (əzabımdan) qorxun!” |
|
2726 | 23 | 53 | فتقطعوا أمرهم بينهم زبرا كل حزب بما لديهم فرحون |
| | | Amma (ümmətlər) öz dinini aralarında parçalayıb firqə-firqə oldular (müxtəlif məzhəblərə ayrıldılar). Hər firqə öz dininə sevinir. (Öz dinini haqq, digər dinləri batil hesab edib bundan məmnun olur). |
|
2727 | 23 | 54 | فذرهم في غمرتهم حتى حين |
| | | (Ya Rəsulum!) Sən onları bir müddət (əcəlləri çatana qədər) öz şaşqınlıqları içində burax! |
|
2728 | 23 | 55 | أيحسبون أنما نمدهم به من مال وبنين |
| | | Məgər (kafirlər) elə zənn edirlər ki, onlara (dünyada) verdiyimiz var-dövlət və övladla |
|
2729 | 23 | 56 | نسارع لهم في الخيرات بل لا يشعرون |
| | | Biz onların yaxşılıqlarına tələsirik? Xeyr, anlamırlar! (Kafirlərə dünyada istədiklərini verib tədriclə onları əzaba yaxınlaşdırmağımızı, az sonra qəflətən başlarının üstünü alacağımızı düşünmürlər!) |
|