نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2715 | 23 | 42 | ثم أنشأنا من بعدهم قرونا آخرين |
| | | Onlardan sonra başqa-başqa nəsillər (Saleh, Lut və Şüeyb tayfalarını) yaratdıq. |
|
2716 | 23 | 43 | ما تسبق من أمة أجلها وما يستأخرون |
| | | Heç bir ümmət öz əcəlini (ölüm, yaxud cəza vaxtını) nə qabaqlayar, nə də yubada bilər! |
|
2717 | 23 | 44 | ثم أرسلنا رسلنا تترى كل ما جاء أمة رسولها كذبوه فأتبعنا بعضهم بعضا وجعلناهم أحاديث فبعدا لقوم لا يؤمنون |
| | | Sonra bir-birinin ardınca (ümmətlərə) peyğəmbərlər göndərdik. Hər ümmətə öz peyğəmbəri gəldikcə onu yalançı saydılar. Biz də onları bir-birinin ardınca məhv edib (izi-tozu qalmayan) əfsanələrə döndərdik. İman gətirməyən tayfa məhv (Allahın rəhmətindən uzaq) olsun! |
|
2718 | 23 | 45 | ثم أرسلنا موسى وأخاه هارون بآياتنا وسلطان مبين |
| | | Sonra Musanı və qardaşı Harunu ayələrimizlə və (vəhdaniyyətimizi sübut edən) açıq-aşkar bir dəlillə göndərdik, |
|
2719 | 23 | 46 | إلى فرعون وملئه فاستكبروا وكانوا قوما عالين |
| | | Fir’onun və onun ə’yan-əşrafının yanına. Onlar (iman gətirməyi) təkəbbürlərinə sığışdırmayıb özlərini yuxarı tutan camaat olaraq qaldılar (yaxud Misirdə hakim olduqları İsrail oğullarına əzab-əziyyət verməkdə davam etdilər). |
|
2720 | 23 | 47 | فقالوا أنؤمن لبشرين مثلنا وقومهما لنا عابدون |
| | | (Fir’on və ə’yan-əşrafı) dedilər: “Bunların tayfası bizə bir qul kimi itaət etdiyi halda, biz özümüz kimi iki adi insana imanmı gətirəcəyik?” |
|
2721 | 23 | 48 | فكذبوهما فكانوا من المهلكين |
| | | Beləliklə, onları yalançı saydılar və nəticədə məhvə düçar edilənlərdən oldular. |
|
2722 | 23 | 49 | ولقد آتينا موسى الكتاب لعلهم يهتدون |
| | | Həqiqətən, Biz Musaya kitabı (Tövratı) verdik ki, bəlkə, (İsrail oğulları) doğru yola yönəlsinlər! |
|
2723 | 23 | 50 | وجعلنا ابن مريم وأمه آية وآويناهما إلى ربوة ذات قرار ومعين |
| | | Məryəm oğlunu (İsanı) və (bakirə) anasını (qüdrətimizdən yaranmış) bir mö’cüzə etdik. Onları abad (rahat) və axar sulu uca bir yerdə yerləşdirdik. |
|
2724 | 23 | 51 | يا أيها الرسل كلوا من الطيبات واعملوا صالحا إني بما تعملون عليم |
| | | (Müxtəlif zamanlarda ayrı-ayrı ümmətlərə göndərdiyimiz peyğəmbərlərə belə buyurduq:) “Ey peyğəmbərlər! Təmiz (halal) ne’mətlərdən yeyin və yaxşı işlər görün! (Vacib və könüllü ibadətləri həm zahirən, həm də gizli, həmişə yerinə yetirin!) Mən, həqiqətən, sizin nə etdiklərinizi bilirəm! |
|