نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2705 | 23 | 32 | فأرسلنا فيهم رسولا منهم أن اعبدوا الله ما لكم من إله غيره أفلا تتقون |
| | | Onlara da özlərindən bir elçi göndərdik. O dedi: “Allaha ibadət edin! Sizin ondan başqa heç bir məbudunuz yoxdur. Məgər qorxmursunuz?” |
|
2706 | 23 | 33 | وقال الملأ من قومه الذين كفروا وكذبوا بلقاء الآخرة وأترفناهم في الحياة الدنيا ما هذا إلا بشر مثلكم يأكل مما تأكلون منه ويشرب مما تشربون |
| | | Qövmünün kafir olan, Axirətə qovuşacaqlarını yalan hesab edən və dünya həyatında firavanlıq nəsib etdiyimiz zadəganları dedilər: “O sizin kimi sadəcə bir insandır. Yediyinizdən o da yeyir, içdiyinizdən o da içir. |
|
2707 | 23 | 34 | ولئن أطعتم بشرا مثلكم إنكم إذا لخاسرون |
| | | Əgər siz özünüz kimi adi bir insana itaət etsəniz, mütləq ziyana uğrayarsınız. |
|
2708 | 23 | 35 | أيعدكم أنكم إذا متم وكنتم ترابا وعظاما أنكم مخرجون |
| | | O sizə ölüb torpağa və sür-sümüyə çevrildikdən sonra dirildilib yenidən çıxarılacağınızımı vəd edir? |
|
2709 | 23 | 36 | هيهات هيهات لما توعدون |
| | | Sizə vəd olunan şey həqiqətdən çox uzaqdır, çox uzaq! |
|
2710 | 23 | 37 | إن هي إلا حياتنا الدنيا نموت ونحيا وما نحن بمبعوثين |
| | | Dünya həyatımızdan başqa heç bir həyat yoxdur; ölüb dirilirik (birimiz ölür, digərimiz anadan olur) və biz dirilməyəcəyik. |
|
2711 | 23 | 38 | إن هو إلا رجل افترى على الله كذبا وما نحن له بمؤمنين |
| | | Bu, ancaq Allaha iftira yaxan bir adamdır. Biz ona inanan deyilik”. |
|
2712 | 23 | 39 | قال رب انصرني بما كذبون |
| | | O dedi: “Ey Rəbbim! Onların məni yalançı saymasına qarşı mənə kömək et!” |
|
2713 | 23 | 40 | قال عما قليل ليصبحن نادمين |
| | | Allah dedi: “Onlar tezliklə peşman olacaqlar!” |
|
2714 | 23 | 41 | فأخذتهم الصيحة بالحق فجعلناهم غثاء فبعدا للقوم الظالمين |
| | | Onları qaçılması mümkün olmayan qorxunc bir səs yaxaladı. Biz onları daşqının apardığı çör-çöpə döndərdik. Məhv olsun zalım adamlar! |
|