نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2687 | 23 | 14 | ثم خلقنا النطفة علقة فخلقنا العلقة مضغة فخلقنا المضغة عظاما فكسونا العظام لحما ثم أنشأناه خلقا آخر فتبارك الله أحسن الخالقين |
| | | Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa (yeni) bir məxluqat olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər (uca, nə qədər) uludur! |
|
2688 | 23 | 15 | ثم إنكم بعد ذلك لميتون |
| | | (Belə bir yaradılışdan) sonra siz mütləq öləcəksiniz! |
|
2689 | 23 | 16 | ثم إنكم يوم القيامة تبعثون |
| | | Sonra siz qiyamət günü yenidən dirildiləcəksiniz! |
|
2690 | 23 | 17 | ولقد خلقنا فوقكم سبع طرائق وما كنا عن الخلق غافلين |
| | | And olsun ki, Biz sizin üstünüzdə yeddi yol (göy) yaratdıq. Biz (onların altındakı) məxluqatdan da xəbərsiz deyilik. (Onları qoruyub saxlayır, nə etdiklərini bilirik). |
|
2691 | 23 | 18 | وأنزلنا من السماء ماء بقدر فأسكناه في الأرض وإنا على ذهاب به لقادرون |
| | | Biz göydən lazımi qədər yağmur endirdik və onu yerdə (dənizdə, çayda, göllərdə və quyularda) saxladıq. Biz, sözsüz ki, onu aparmağa da (yox etməyə də) qadirik! |
|
2692 | 23 | 19 | فأنشأنا لكم به جنات من نخيل وأعناب لكم فيها فواكه كثيرة ومنها تأكلون |
| | | Sonra sizin üçün onunla (o su ilə) xurma və üzüm bağları yaratdıq. Sizin üçün orada bir çox meyvələr vardır ki, onlardan yeyirsiniz. |
|
2693 | 23 | 20 | وشجرة تخرج من طور سيناء تنبت بالدهن وصبغ للآكلين |
| | | (Sizin üçün həmçinin mənşə e’tibarilə) Sina dağından çıxan bir ağac da (yaratdıq ki), o, yeyənlər üçün zeytun və (çörəyin üstünə yaxılan, xörəyə qatılan) yağ bitirər. |
|
2694 | 23 | 21 | وإن لكم في الأنعام لعبرة نسقيكم مما في بطونها ولكم فيها منافع كثيرة ومنها تأكلون |
| | | Həqiqətən, heyvanlarda (ev heyvanlarında) da sizin üçün bir ibrət vardır. Biz onların qarınlarında olandan (süddən) sizə içirdirik. Onlarda sizin üçün daha bir çox mənfəətlər də vardır. (Bə’zilərini minir, bəzilərinin yunundan, bəzilərinin isə tükündən istifadə edirsiniz). Həm də onlardan yeyirsiniz! |
|
2695 | 23 | 22 | وعليها وعلى الفلك تحملون |
| | | Həm onların, həm də gəmilərin üstündə (bir yerdən başqa yerə) daşınırsınız. |
|
2696 | 23 | 23 | ولقد أرسلنا نوحا إلى قومه فقال يا قوم اعبدوا الله ما لكم من إله غيره أفلا تتقون |
| | | Həqiqətən, Biz Nuhu öz qövmünə peyğəmbər göndərdik. O belə dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa (ibadət edəcək) heç bir tanrınız yoxdur. Məgər (Allahın əzabından) qorxmursunuz?” |
|