نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2637 | 22 | 42 | وإن يكذبوك فقد كذبت قبلهم قوم نوح وعاد وثمود |
| | | (Ya Rəsulum!) Əgər (bu müşriklər) səni təkzib edərlərsə (ürəyini qısma). Səndən əvvəl Nuh, Ad və Səmud tayfası da (peyğəmbərlərini) təkzib etmişdi. |
|
2638 | 22 | 43 | وقوم إبراهيم وقوم لوط |
| | | İbrahim tayfası da, Lut qövmü də, |
|
2639 | 22 | 44 | وأصحاب مدين وكذب موسى فأمليت للكافرين ثم أخذتهم فكيف كان نكير |
| | | Mədyən əhli də (peyğəmbərlərini təkzib etmişdi). Musa da (Fir’onun özü və camaatı tərəfindən) yalançı sayılmışdı. Kafirlərə (bir qədər) möhlət verdim, sonra onları (əzabla) yaxaladım. (Bir görəydin, küfr etdiklərinə, peyğəmbərləri yalançı sayıb inkar etdiklərinə görə) Mənim onları inkar etməyim necə oldu! (Onlara verdiyim ne’məti müsibətlə əvəz etdim!) |
|
2640 | 22 | 45 | فكأين من قرية أهلكناها وهي ظالمة فهي خاوية على عروشها وبئر معطلة وقصر مشيد |
| | | Neçə-neçə məmləkəti (əhalisini) zülm edərkən məhv etdik; onlar alt-üst olmuşdu (evlərin tavanları çökmüş, divarları onların üstünə yıxılmışdı). Neçə-neçə quyular, neçə-neçə möhtəşəm qəsrlər bomboş qalmışdı. |
|
2641 | 22 | 46 | أفلم يسيروا في الأرض فتكون لهم قلوب يعقلون بها أو آذان يسمعون بها فإنها لا تعمى الأبصار ولكن تعمى القلوب التي في الصدور |
| | | Məgər onlar (peyğəmbərləri yalançı hesab edən kafirlər) yer üzündə gəzib dolaşmırlarmı ki, düşünən qəlbləri (bəsirət gözləri), eşidən qulaqları olsun? Həqiqətən, gözlər kor olmaz, lakin sinələrindəki ürəklər (qəlb gözü) kor olar. (Kafirlər keçmiş ümmətlərin başına gələn müsibətləri zahiri gözləri ilə görsələr də, qəlb gözü ilə görüb onlardan heç bir ibrət almazlar). |
|
2642 | 22 | 47 | ويستعجلونك بالعذاب ولن يخلف الله وعده وإن يوما عند ربك كألف سنة مما تعدون |
| | | (Ya Rəsulum!) Onlar səni tələsdirib əzabın tez gəlməsini istəyirlər. Allah Öz və’dinə əsla xilaf çıxmaz! Rəbbinin dərgahında bir gün sizin saydığınızın (hesabladığınız vaxtın) min ili kimidir! |
|
2643 | 22 | 48 | وكأين من قرية أمليت لها وهي ظالمة ثم أخذتها وإلي المصير |
| | | Neçə-neçə məmləkətə (məmləkət əhlinə) zülm etdikləri (kafir olduqları) halda möhlət verdim, sonra onları (əzabla) yaxaladım. Axır dönüş ancaq Mənədir! (Onlar, nəhayət, Mənim hüzuruma gələcək, qazandıqları günaha görə əbədi əzaba düçar olacaqlar). |
|
2644 | 22 | 49 | قل يا أيها الناس إنما أنا لكم نذير مبين |
| | | De: “Ey insanlar! Mən sizi yalnız açıq-aşkar bir qorxudanam (Allahın əzabı ilə açıq-aşkar qorxudan, xəbərdar edən bir peyğəmbərəm)! |
|
2645 | 22 | 50 | فالذين آمنوا وعملوا الصالحات لهم مغفرة ورزق كريم |
| | | İman gətirib yaxşı işlər görənləri (günahlardan) bağışlanma və tükənməz (minnətsiz) ruzi gözləyir! |
|
2646 | 22 | 51 | والذين سعوا في آياتنا معاجزين أولئك أصحاب الجحيم |
| | | Ayələrimizdən (Qur’anı batil etməkdən) ötrü sə’y göstərib (Peyğəmbəri) aciz etmək istəyənlərə (yaxud Peyğəmbəri məğlub etməklə xalqı imandan döndərməyə cəhd edənlərə) gəldikdə isə, məhz onlar cəhənnəmlikdirlər! |
|