نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2590 | 21 | 107 | وما أرسلناك إلا رحمة للعالمين |
| | | Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik. (Sən təkcə insanlara deyil, eyni zamanda cinlərə də peyğəmbər göndərilmisən. Bütün aləmlər əhli, o cümlədən göydəki mələklər, yerdəki insanlar və cinlər sənin vücudunla şərəfə nail olurlar. Sənin sayəndə günahkarlara möhlət verilmiş, hətta səni inkar edənlərin belə cəzası qiyamətə qədər tə’xirə salınmışdır. Mö’minlər isə sənə iman gətirməklə dünyada böyük savab qazanıb axirətdə yüksək dərəcələrə, əbədi səadətə nail olacaqlar). |
|
2591 | 21 | 108 | قل إنما يوحى إلي أنما إلهكم إله واحد فهل أنتم مسلمون |
| | | (Müşriklərə) de ki, mənə, həqiqətən, belə vəhy olunur: “Sizin tanrınız ancaq bir olan Allahdır. Bundan sonra (Ona) itaət etməyə (müsəlman olmağa) boyun qoyacaqsınızmı?” |
|
2592 | 21 | 109 | فإن تولوا فقل آذنتكم على سواء وإن أدري أقريب أم بعيد ما توعدون |
| | | (Ya Rəsulum!) Əgər onlar (imandan) üz döndərsələr, de: “(Mənə vəhy olunanı) sizə olduğu kimi (hamıya eyni dərəcədə) bildirdim. Sizə və’d olunan şeyin (qiyamət gününün və ya mö’minlərin qələbəsinin) yaxınmı, uzaqmı olduğunu bilmirəm. |
|
2593 | 21 | 110 | إنه يعلم الجهر من القول ويعلم ما تكتمون |
| | | Şübhəsiz ki, (Allah) aşkar (ucadan) deyilən sözü də, sizin gizlətdiklərinizi də bilir! |
|
2594 | 21 | 111 | وإن أدري لعله فتنة لكم ومتاع إلى حين |
| | | Mən bilmirəm, bəlkə də, (cəzanızın) tə’xirə salınması sizi imtahana çəkmək və bir müddət (əcəliniz çatana qədər) sizə gün-güzəran vermək üçündür”. |
|
2595 | 21 | 112 | قال رب احكم بالحق وربنا الرحمن المستعان على ما تصفون |
| | | (Peyğəmbər) dedi: “Ey Rəbbim! (Mənimlə məni təkzib edən Məkkə müşrikləri arasında) ədalətlə hökm et. Sizin mənə aid etdiyiniz sifətlərə (dediyiniz pis sözlərə) qarşı kömək dilənilməsi kimsə yalnız Rəhman olan Rəbbimizdir!” |
|
2596 | 22 | 1 | بسم الله الرحمن الرحيم يا أيها الناس اتقوا ربكم إن زلزلة الساعة شيء عظيم |
| | | Ey insanlar! Rəbbinizdən qorxun. (Allahın əzabından qorxub pis əməllərdən çəkinin, yalnız Ona ibadət və itaət edin). Həqiqətən, qiyamət gününün (axır saatın) zəlzələsi dəhşətli şeydir! |
|
2597 | 22 | 2 | يوم ترونها تذهل كل مرضعة عما أرضعت وتضع كل ذات حمل حملها وترى الناس سكارى وما هم بسكارى ولكن عذاب الله شديد |
| | | Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyi uşağını unudar, hər bir hamilə qadın bari-həmlini (vaxtından əvvəl) yerə qoyar (uşaq salar). İnsanları sərxoş görərsən, halbuki onlar sərxoş deyillər. Ancaq Allahın əzabı çox şiddətlidir! |
|
2598 | 22 | 3 | ومن الناس من يجادل في الله بغير علم ويتبع كل شيطان مريد |
| | | Allah haqqında heç bir şey bilmədən (elmsiz-dəlilsiz “Rəbbimiz mələklərdən Özünə övlad götürmüşdür” - deyə) mübahisə edən və Allaha asi olmuş hər bir şeytana uyan insanlar da vardır. |
|
2599 | 22 | 4 | كتب عليه أنه من تولاه فأنه يضله ويهديه إلى عذاب السعير |
| | | (Şeytan) haqqında əzəldən belə yazılmışdır (hökm edilmişdir): hər kəs onunla (Şeytanla) dostluq etsə, (Şeytan) onu yoldan çıxardıb cəhənnəm əzabına sürükləyər. |
|