نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2580 | 21 | 97 | واقترب الوعد الحق فإذا هي شاخصة أبصار الذين كفروا يا ويلنا قد كنا في غفلة من هذا بل كنا ظالمين |
| | | Doğru və’d (qiyamət günü) yaxınlaşdıqda kafir olanların gözləri (dəhşətdən) dərhal bərəlib: “Vay halımıza! Biz (dünyada) bundan qafil idik. Xeyr, biz zalım olmuşuq (peyğəmbərlərin dediklərinə inanmamaqla zülm etmişik)!” – deyərlər. |
|
2581 | 21 | 98 | إنكم وما تعبدون من دون الله حصب جهنم أنتم لها واردون |
| | | (Ey Məkkə əhli!) Siz və Allahdan qeyri ibadət etdiyiniz bütlər isə cəhənnəm yanacağısınız (odunusunuz). Siz ora varid olacaqsınız! |
|
2582 | 21 | 99 | لو كان هؤلاء آلهة ما وردوها وكل فيها خالدون |
| | | Əgər bunlar tanrı olsaydılar, ora girməzdilər. Hamısı orada həmişəlik qalacaqlar. |
|
2583 | 21 | 100 | لهم فيها زفير وهم فيها لا يسمعون |
| | | Onları orada inilti (ah-nalə) gözləyir. Onlar orada (heç bir xoş söz) eşitməzlər. |
|
2584 | 21 | 101 | إن الذين سبقت لهم منا الحسنى أولئك عنها مبعدون |
| | | (Yaxşı əməllərin mükafatı olaraq) öncədən özlərinə ən gözəl ne’mət (Cənnət, əbədi səadət) yazılmış kəslər – məhz onlar ondan (Cəhənnəmdən) uzaqlaşdırılmış olacaqlar. |
|
2585 | 21 | 102 | لا يسمعون حسيسها وهم في ما اشتهت أنفسهم خالدون |
| | | Onlar (Cəhənnəmin) uğultusunu eşitməyəcəklər. Onlar (Cənnətdə) ürəklərinin istədiyi (ne’mətlər) içində əbədi qalacaqlar. |
|
2586 | 21 | 103 | لا يحزنهم الفزع الأكبر وتتلقاهم الملائكة هذا يومكم الذي كنتم توعدون |
| | | Onları ən böyük qorxu (İsrafilin suru axırıncı dəfə çalınıb cəhənnəmliklərin Cəhənnəmə atılması) məhzun etməyəcəkdir. Mələklər onları qarşılayıb: “Bu sizə və’d olunmuş gününüzdür!” – deyəcəklər. |
|
2587 | 21 | 104 | يوم نطوي السماء كطي السجل للكتب كما بدأنا أول خلق نعيده وعدا علينا إنا كنا فاعلين |
| | | Göyü kitab səhifəsi kimi büküb qatlayacağımız günü (qiyamət gününü) yadınıza salın. (O gün insanları) ilk dəfə (yoxdan) yaratdığımız kimi qaytarıb (dirildib) əvvəlki halına salarıq. Biz yerinə yetirməli olduğumuz və’di mütləq yerinə yetirəcəyik. (Biz qiyamət günü sizi dirildib lüt-üryan, anadangəlmə vəziyyətdə məhşərə gətirməyi və’d etmişdik. Biz onu mütləq edəcəyik). |
|
2588 | 21 | 105 | ولقد كتبنا في الزبور من بعد الذكر أن الأرض يرثها عبادي الصالحون |
| | | Biz kitabdan (Tövratdan, yaxud lövhi-məhfuzdan) sonra Zəburda da (cənnət torpağına, yer üzünə və ya müqəddəs) torpağa yalnız Mənim saleh bəndələrimin daxil olacağını yazmışdıq. |
|
2589 | 21 | 106 | إن في هذا لبلاغا لقوم عابدين |
| | | Həqiqətən, bunda da (Qur’anda da Allaha) ibadət edən bir ümmətdən ötrü (kifayət qədər) moizə (öyüd-nəsihət) vardır. |
|