نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2575 | 21 | 92 | إن هذه أمتكم أمة واحدة وأنا ربكم فاعبدون |
| | | (Ey insanlar!) Həqiqətən, bu (tövhid dini olan islam) tək bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Buna görə də yalnız Mənə ibadət edin! |
|
2576 | 21 | 93 | وتقطعوا أمرهم بينهم كل إلينا راجعون |
| | | Amma (insanlar din barəsində) öz aralarında firqələrə bölünüb parçalandılar. Onların hamısı Bizim hüzurumuza qayıdacaqlar. (Biz də müvafiq surətdə əməllərinin əvəzini verəcəyik). |
|
2577 | 21 | 94 | فمن يعمل من الصالحات وهو مؤمن فلا كفران لسعيه وإنا له كاتبون |
| | | Hər kim mö’min ikən yaxşı işlər görsə, onun zəhməti danılmayacaqdır (mükafatı tamamilə ödəniləcəkdir). Şübhəsiz ki, Biz onun üçün (gördüyü işləri mələklər vasitəsilə əməl dəftərinə) yazırıq. |
|
2578 | 21 | 95 | وحرام على قرية أهلكناها أنهم لا يرجعون |
| | | Məhv etdiyimiz hər hansı bir məmləkət əhlinin (qiyamət qopana qədər tövbə etmək üçün bir də dünyaya, yaxud haqq dinə) qayıtması mümkün deyildir (haramdır). |
|
2579 | 21 | 96 | حتى إذا فتحت يأجوج ومأجوج وهم من كل حدب ينسلون |
| | | Nəhayət, Yə’cuc-Mə’cüc (səddinin) açılıb (dağılıb) onlar hər tərəfdən (alçaq və yüksək təpələrdən) sür’ətlə (məhşərə) axışdıqları zaman; |
|
2580 | 21 | 97 | واقترب الوعد الحق فإذا هي شاخصة أبصار الذين كفروا يا ويلنا قد كنا في غفلة من هذا بل كنا ظالمين |
| | | Doğru və’d (qiyamət günü) yaxınlaşdıqda kafir olanların gözləri (dəhşətdən) dərhal bərəlib: “Vay halımıza! Biz (dünyada) bundan qafil idik. Xeyr, biz zalım olmuşuq (peyğəmbərlərin dediklərinə inanmamaqla zülm etmişik)!” – deyərlər. |
|
2581 | 21 | 98 | إنكم وما تعبدون من دون الله حصب جهنم أنتم لها واردون |
| | | (Ey Məkkə əhli!) Siz və Allahdan qeyri ibadət etdiyiniz bütlər isə cəhənnəm yanacağısınız (odunusunuz). Siz ora varid olacaqsınız! |
|
2582 | 21 | 99 | لو كان هؤلاء آلهة ما وردوها وكل فيها خالدون |
| | | Əgər bunlar tanrı olsaydılar, ora girməzdilər. Hamısı orada həmişəlik qalacaqlar. |
|
2583 | 21 | 100 | لهم فيها زفير وهم فيها لا يسمعون |
| | | Onları orada inilti (ah-nalə) gözləyir. Onlar orada (heç bir xoş söz) eşitməzlər. |
|
2584 | 21 | 101 | إن الذين سبقت لهم منا الحسنى أولئك عنها مبعدون |
| | | (Yaxşı əməllərin mükafatı olaraq) öncədən özlərinə ən gözəl ne’mət (Cənnət, əbədi səadət) yazılmış kəslər – məhz onlar ondan (Cəhənnəmdən) uzaqlaşdırılmış olacaqlar. |
|