نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2560 | 21 | 77 | ونصرناه من القوم الذين كذبوا بآياتنا إنهم كانوا قوم سوء فأغرقناهم أجمعين |
| | | Biz onu ayələrimizi yalan hesab edən adamlardan müdafiə etdik. Doğrudan da onlar pis adamlar idilər. Odur ki, Biz onların hamısını suya batırdıq. |
|
2561 | 21 | 78 | وداوود وسليمان إذ يحكمان في الحرث إذ نفشت فيه غنم القوم وكنا لحكمهم شاهدين |
| | | Davudu və Süleymanı da yada sal! Bir zaman onlar özgə adamların qoyunlarının girib zay elədiyi bir əkin sahəsi barəsində hökm vermişdilər. Biz onların hökmünə şahid idik. |
|
2562 | 21 | 79 | ففهمناها سليمان وكلا آتينا حكما وعلما وسخرنا مع داوود الجبال يسبحن والطير وكنا فاعلين |
| | | Biz o hökmü Süleymana anlatdıq. Hər ikisinə hökmranlıq (peyğəmbərlik) və elm bəxş etdik. Biz dağları və quşları Davudla birlikdə Allahı tərifləmələri üçün ona ram etdik. Bunları Biz etdik. |
|
2563 | 21 | 80 | وعلمناه صنعة لبوس لكم لتحصنكم من بأسكم فهل أنتم شاكرون |
| | | Biz Davuda sizi döyüşdə təhlükələrdən mühafizə etmək üçün zirehlər düzəltməyi öyrətdik. Heç siz şükür edirsinizmi? |
|
2564 | 21 | 81 | ولسليمان الريح عاصفة تجري بأمره إلى الأرض التي باركنا فيها وكنا بكل شيء عالمين |
| | | Güclü əsən küləyi Süleymana ram etdik. Küləklər onun əmri ilə bərəkət verdiyimiz yerə (Şama) tərəf əsərdi. Biz hər şeyi bilirik. |
|
2565 | 21 | 82 | ومن الشياطين من يغوصون له ويعملون عملا دون ذلك وكنا لهم حافظين |
| | | Şeytanlar arasından onun üçün dəniz sularına dalıb dalğıclıq edən və bundan başqa digər işlər görənlər də var idi. Biz onları nəzarətimiz altında saxlayırdıq. |
|
2566 | 21 | 83 | وأيوب إذ نادى ربه أني مسني الضر وأنت أرحم الراحمين |
| | | Əyyubu da yada sal! Bir zaman o, Rəbbinə yalvarıb demişdi: “Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!” |
|
2567 | 21 | 84 | فاستجبنا له فكشفنا ما به من ضر وآتيناه أهله ومثلهم معهم رحمة من عندنا وذكرى للعابدين |
| | | Biz onun duasını qəbul etdik və ona düçar olmuş bəlanı aradan qaldırdıq. Öz tərəfimizdən bir mərhəmət və ibadət edənlərə bir ibrət olsun deyə, ailəsini ona qaytardıq, üstəlik bir o qədər də əlavə etdik. |
|
2568 | 21 | 85 | وإسماعيل وإدريس وذا الكفل كل من الصابرين |
| | | İsmaili, İdrisi və Zülkifli də yada sal! Hamısı səbir edənlərdən idilər. |
|
2569 | 21 | 86 | وأدخلناهم في رحمتنا إنهم من الصالحين |
| | | Biz onları mərhəmətimizə qovuşdurduq. Onlar, həqiqətən, əməlisalehlərdən idilər. |
|