نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2550 | 21 | 67 | أف لكم ولما تعبدون من دون الله أفلا تعقلون |
| | | Tfu sizə də, Allahdan başqa ibadət etdiyiniz bütlərə də! Əcaba, (etdiyiniz əməllərin qəbahətini) anlamırsınız?” |
|
2551 | 21 | 68 | قالوا حرقوه وانصروا آلهتكم إن كنتم فاعلين |
| | | (Nəmrud və ətrafındakılar öz camaatına) belə dedilər: “Əgər (tapındıqlarınıza yardım göstərmək, onları xilas etmək üçün) bir iş görəcəksinizsə, onu (İbrahimi) yandırın və tanrılarınıza kömək edin!” |
|
2552 | 21 | 69 | قلنا يا نار كوني بردا وسلاما على إبراهيم |
| | | Biz də: “Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol! (Hətta soyuğun belə ona zərər yetirməsin!)” – deyə buyurduq. |
|
2553 | 21 | 70 | وأرادوا به كيدا فجعلناهم الأخسرين |
| | | Onlar (İbrahimə) hiylə qurmaq istədilər, lakin Biz onları (cürbəcür müsibətlərə düçar etməklə, xüsusilə üstlərinə ətlərini yeyib qanlarını içən həşərat göndərməklə) daha çox ziyana uğratdıq. |
|
2554 | 21 | 71 | ونجيناه ولوطا إلى الأرض التي باركنا فيها للعالمين |
| | | Biz onu da (İbrahimi də), (qardaşı oğlu) Lutu da (Nəmrud tayfasının əlindən qurtarıb) aləmlər üçün mübarək etdiyimiz (torpağında bəşər övladına bərəkətlər verdiyimiz) yerə (Şama) qovuşdurduq. |
|
2555 | 21 | 72 | ووهبنا له إسحاق ويعقوب نافلة وكلا جعلنا صالحين |
| | | Biz ona (İbrahimə) İshaqı, üstəlik Yə’qubu da bəxş edib onların hamısını saleh kimsələr etdik. |
|
2556 | 21 | 73 | وجعلناهم أئمة يهدون بأمرنا وأوحينا إليهم فعل الخيرات وإقام الصلاة وإيتاء الزكاة وكانوا لنا عابدين |
| | | Biz onları əmrimizlə (insanları) doğru yola gətirən imamlar (rəhbərlər) etdik. Biz onları xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər. |
|
2557 | 21 | 74 | ولوطا آتيناه حكما وعلما ونجيناه من القرية التي كانت تعمل الخبائث إنهم كانوا قوم سوء فاسقين |
| | | Biz Luta da bir hökm (hikmət, peyğəmbərlik; çətin məsələləri həll edib hökm çıxartmaq) və elm verdik, onu (əhalisi) çirkin işlər görən bir məmləkətdən (çıxardıb) xilas etdik. Həqiqətən, onlar pis, fasiq (Allaha asi olan, pozğun) bir tayfa idilər. |
|
2558 | 21 | 75 | وأدخلناه في رحمتنا إنه من الصالحين |
| | | Biz onu mərhəmətimizə qovuşdurduq, çünki o, doğrudan da, saleh kimsələrdən idi. |
|
2559 | 21 | 76 | ونوحا إذ نادى من قبل فاستجبنا له فنجيناه وأهله من الكرب العظيم |
| | | (Ya Rəsulum!) Nuhu da (yad et)! O daha öncə (öz kafir ümmətinin əzaba düçar olması haqqında) yalvarıb dua etmişdi. Biz onun duasını qəbul buyurmuş, onu da, ailəsini də böyük fəlakətdən (tufandan) qurtarmışdıq! |
|