نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2514 | 21 | 31 | وجعلنا في الأرض رواسي أن تميد بهم وجعلنا فيها فجاجا سبلا لعلهم يهتدون |
| | | Yerin onları yırğalamamasından ötrü orada möhkəm dağlar yaratdıq. Onlar istədikləri yerə gedə bilsinlər deyə, orada geniş yollar saldıq. |
|
2515 | 21 | 32 | وجعلنا السماء سقفا محفوظا وهم عن آياتها معرضون |
| | | Göyü mühafizə olunan bir tavan etdik. Onlar isə oradakı dəlillərimizdən üz çevirirlər. |
|
2516 | 21 | 33 | وهو الذي خلق الليل والنهار والشمس والقمر كل في فلك يسبحون |
| | | Gecəni, gündüzü, günəşi və ayı da yaradan Odur. Onların hər biri öz orbitində üzür. |
|
2517 | 21 | 34 | وما جعلنا لبشر من قبلك الخلد أفإن مت فهم الخالدون |
| | | Səndən əvvəl də heç bir bəşərə ölümsüzlük nəsib etmədik. Məgər sən öləcəksən, onlar həmişəlik qalacaqlar?! |
|
2518 | 21 | 35 | كل نفس ذائقة الموت ونبلوكم بالشر والخير فتنة وإلينا ترجعون |
| | | Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız! |
|
2519 | 21 | 36 | وإذا رآك الذين كفروا إن يتخذونك إلا هزوا أهذا الذي يذكر آلهتكم وهم بذكر الرحمن هم كافرون |
| | | Kafirlər səni gördükləri zaman sənə ancaq istehza edərək bir-birinə: “Sizin tanrılarınıza tənə vuran budurmu?”– deyirlər. Məhz onlar Mərhəmətli Allahın öyüd-nəsihətini inkar edirlər. |
|
2520 | 21 | 37 | خلق الإنسان من عجل سأريكم آياتي فلا تستعجلون |
| | | İnsan tələsən yaradılmışdır. Mən dəlillərimi sizə göstərəcəyəm. Məni tələsdirməyin. |
|
2521 | 21 | 38 | ويقولون متى هذا الوعد إن كنتم صادقين |
| | | Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”– deyirlər. |
|
2522 | 21 | 39 | لو يعلم الذين كفروا حين لا يكفون عن وجوههم النار ولا عن ظهورهم ولا هم ينصرون |
| | | Kaş ki, kafirlər üzlərindən və kürəklərindən onları saracaq alovdan qaça bilməyəcəkləri və onlara heç bir köməyin edilməyəcəyi vaxtın gələcəyini biləydilər! |
|
2523 | 21 | 40 | بل تأتيهم بغتة فتبهتهم فلا يستطيعون ردها ولا هم ينظرون |
| | | Yox, Qiyamət onlara gözləmədikləri bir halda gələcək və onları heyrətə salacaqdır. Onlar onun qarşısını ala bilməyəcəklər və onlara heç aman da verilməyəcəkdir. |
|