نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2498 | 21 | 15 | فما زالت تلك دعواهم حتى جعلناهم حصيدا خامدين |
| | | Biz onları yanmış küləşə döndərənəcən fəryad qoparırdılar. |
|
2499 | 21 | 16 | وما خلقنا السماء والأرض وما بينهما لاعبين |
| | | Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün yaratmamışıq. |
|
2500 | 21 | 17 | لو أردنا أن نتخذ لهوا لاتخذناه من لدنا إن كنا فاعلين |
| | | Əgər Biz Özümüzə əyləncə düzəltmək fikrində olsaydıq, onu mütləq Öz yanımızda olanlardan hazırlayardıq. Lakin Biz bunu etmədik. |
|
2501 | 21 | 18 | بل نقذف بالحق على الباطل فيدمغه فإذا هو زاهق ولكم الويل مما تصفون |
| | | Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz. Allaha aid etdiyiniz sifətlərə görə vay halınıza! |
|
2502 | 21 | 19 | وله من في السماوات والأرض ومن عنده لا يستكبرون عن عبادته ولا يستحسرون |
| | | Göylərdə və yerdə kimlər varsa, hamısı Onundur. Onun yanında olanlar Ona ibadət etməyə təşəxxüs göstərmir və bundan yorulmurlar. |
|
2503 | 21 | 20 | يسبحون الليل والنهار لا يفترون |
| | | Onlar gecə-gündüz, usanmadan Onun şəninə təriflər deyirlər. |
|
2504 | 21 | 21 | أم اتخذوا آلهة من الأرض هم ينشرون |
| | | Yoxsa müşriklər özlərinə yerdə ölüləri diriltməyə qadir olan tanrılarmı qəbul etdilər? |
|
2505 | 21 | 22 | لو كان فيهما آلهة إلا الله لفسدتا فسبحان الله رب العرش عما يصفون |
| | | Əgər göydə və yerdə Allahdan başqa məbudlar olsaydı, onların hər ikisi fəsada uğrayardı. Ərşin sahibi olan Allah pakdır və müşriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır! |
|
2506 | 21 | 23 | لا يسأل عما يفعل وهم يسألون |
| | | Allah gördüyü işlər üçün məsuliyyət daşımaz; onlar isə daşıyacaqlar. |
|
2507 | 21 | 24 | أم اتخذوا من دونه آلهة قل هاتوا برهانكم هذا ذكر من معي وذكر من قبلي بل أكثرهم لا يعلمون الحق فهم معرضون |
| | | Məgər müşriklər Ondan başqa məbudlaramı tapınmışlar? De: “Sübutunuzu göstərin! Budur mənimlə olanların zikri və məndən öncəkilərin zikri”. Lakin onların çoxu əsl həqiqəti bilmir və ondan üz çevirərlər. |
|