نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2492 | 21 | 9 | ثم صدقناهم الوعد فأنجيناهم ومن نشاء وأهلكنا المسرفين |
| | | Sonra onlara verdiyimiz və’di yerinə yetirdik. (Peyğəmbərlərə) və istədiyimiz kəslərə (onlara iman gətirənlərə) nicat verdik, (Allaha şərik qoşmaqla, küfr etməklə) həddi aşanları isə məhv etdik. |
|
2493 | 21 | 10 | لقد أنزلنا إليكم كتابا فيه ذكركم أفلا تعقلون |
| | | Həqiqətən, sizə (Qüreyş əhlinə) elə bir Kitab nazil etdik ki, o sizdən ötrü bir şərəfdir. (O sizin qədir-qiymətinizi yüksəldər, dini və dünyəvi ehtiyaclarınızı aradan qaldırar, ürəkdən inananlara behişt yolunu göstərər. Halal-haramı daim mö’minlərin yadına salar). Məgər dərk etmirsinizmi? |
|
2494 | 21 | 11 | وكم قصمنا من قرية كانت ظالمة وأنشأنا بعدها قوما آخرين |
| | | Biz zalım olan (küfr edən) neçə-neçə məmləkəti (məmləkət əhlini) məhv etdik və onlardan sonra başqa bir qövm (camaat) yaratdıq. |
|
2495 | 21 | 12 | فلما أحسوا بأسنا إذا هم منها يركضون |
| | | Onlar əzabımızı (onları məhv edəcəyimizi) hiss edən kimi dərhal oradan (öz yurdlarından) qaçmağa üz qoydular. |
|
2496 | 21 | 13 | لا تركضوا وارجعوا إلى ما أترفتم فيه ومساكنكم لعلكم تسألون |
| | | (Mələklər istehza ilə onlara belə dedilər:) “Qaçmayın, kef çəkdiyiniz yerə, məskənlərinizə qayıdın”. Yəqin ki, (hara getmişdiniz; mal-dövlətiniz, cəh-cəlalınız necə oldu, deyə) sorğu-sual ediləcəksiniz! |
|
2497 | 21 | 14 | قالوا يا ويلنا إنا كنا ظالمين |
| | | Onlar (nicat tapmaqdan ümidlərini üzüncə): “Vay halımıza! Biz, həqiqətən, zalım olmuşuq (Rəbbimizə küfr etməklə özümüz özümüzə zülm etmişik)”, - dedilər. |
|
2498 | 21 | 15 | فما زالت تلك دعواهم حتى جعلناهم حصيدا خامدين |
| | | Biz onları ot kimi biçənəcən (külə döndərənəcən) elə bu sözləri deyib dururdular (nalə çəkirdilər). |
|
2499 | 21 | 16 | وما خلقنا السماء والأرض وما بينهما لاعبين |
| | | Biz göyü, yeri və onlar arasında olanları oyun-oyuncaq yaratmadıq. (Kainat əbəs yerə deyil, Allahın qüdrətinin təcəssümü kimi yaradılmışdır. Buna görə də insanlar yalnız onun xaliqi Allaha ibadət etməlidirlər). |
|
2500 | 21 | 17 | لو أردنا أن نتخذ لهوا لاتخذناه من لدنا إن كنا فاعلين |
| | | Əgər Biz (Özümüzə) əyləncə etmək (arvad-uşaq düzəltmək) istəsəydik, onu mütləq Öz dərgahımızdan (mələklərdən, hurilərdən) edərdik. Lakin Biz (bunu) etmədik. (Çünki Allaha, insanlardan fərqli olaraq, əylənmək, Özünə övlad götürmək, yaxud kimisə Özünə yoldaş etmək yaraşmaz). |
|
2501 | 21 | 18 | بل نقذف بالحق على الباطل فيدمغه فإذا هو زاهق ولكم الويل مما تصفون |
| | | Xeyr, Biz batili haqla (küfürü imanla) rədd edərik (haqqı batilin təpəsinə atarıq) və o da onu (batili) yox edər. (Bir də baxıb görərsiniz ki) o yox olub getmişdir. (Batil sözlərlə Allaha) isnad etdiyiniz sifətlərə görə vay halınıza! |
|