نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2466 | 20 | 118 | إن لك ألا تجوع فيها ولا تعرى |
| | | Sən orada nə ac qalacaq, nə də çılpaq olacaqsan. |
|
2467 | 20 | 119 | وأنك لا تظمأ فيها ولا تضحى |
| | | Sən orada nə susayacaq, nə də bürküdən əziyyət çəkəcəksən!” |
|
2468 | 20 | 120 | فوسوس إليه الشيطان قال يا آدم هل أدلك على شجرة الخلد وملك لا يبلى |
| | | Şeytan ona vəsvəsə edib dedi: “Ey Adəm! Sənə əbədiyyət ağacını və tükənməyəcək bir mülkü göstərimmi?” |
|
2469 | 20 | 121 | فأكلا منها فبدت لهما سوآتهما وطفقا يخصفان عليهما من ورق الجنة وعصى آدم ربه فغوى |
| | | İkisi də ondan yedilər və ayıb yerləri özlərinə göründü. Onlar üstlərinə Cənnət ağaclarının yarpaqlarından örtməyə başladılar. Beləliklə, Adəm Rəbbinə asi olub səhv yol tutdu. |
|
2470 | 20 | 122 | ثم اجتباه ربه فتاب عليه وهدى |
| | | Sonra Rəbbi onu seçib tövbəsini qəbul etdi və onu doğru yola yönəltdi. |
|
2471 | 20 | 123 | قال اهبطا منها جميعا بعضكم لبعض عدو فإما يأتينكم مني هدى فمن اتبع هداي فلا يضل ولا يشقى |
| | | Allah buyurdu: “Bir-birinizə düşmən kəsilərək hamınız buradan yerə enin. Məndən sizə doğru yol göstəricisi gəldiyi zaman hər kəs Mənim doğru yol göstərən bələdçimin ardınca getsə, nə yolunu azar, nə də bədbəxt olar. |
|
2472 | 20 | 124 | ومن أعرض عن ذكري فإن له معيشة ضنكا ونحشره يوم القيامة أعمى |
| | | Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik”. |
|
2473 | 20 | 125 | قال رب لم حشرتني أعمى وقد كنت بصيرا |
| | | O deyəcək: “Ey Rəbbim! Mən dünyada görürdümsə, indi nə üçün məni kor olaraq gətirdin?” |
|
2474 | 20 | 126 | قال كذلك أتتك آياتنا فنسيتها وكذلك اليوم تنسى |
| | | Allah deyəcək: “Elədir! Çünki sənə ayələrimiz gəldi, sən isə onları unutdun. Bu gün də sən beləcə unudulacaqsan!” |
|
2475 | 20 | 127 | وكذلك نجزي من أسرف ولم يؤمن بآيات ربه ولعذاب الآخرة أشد وأبقى |
| | | Biz həddi aşanı və Rəbbinin ayələrinə inanmayanı belə cəzalandırırıq. Axirət əzabı isə, daha şiddətli və daha sürəklidir. |
|