نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2435 | 20 | 87 | قالوا ما أخلفنا موعدك بملكنا ولكنا حملنا أوزارا من زينة القوم فقذفناها فكذلك ألقى السامري |
| | | Onlar dedilər: “Biz sənə verdiyimiz vədə öz ixtiyarımızla xilaf çıxmadıq. Lakin biz o xalqın zinət əşyasından olan ağır yüklərlə yüklənmişdik. Biz onları oda atdıq. Həmçinin Samiri də onu oda atdı”. |
|
2436 | 20 | 88 | فأخرج لهم عجلا جسدا له خوار فقالوا هذا إلهكم وإله موسى فنسي |
| | | Samiri onlar üçün böyürən bir buzov heykəli düzəltdi. Buzova məftun olanlar: “Sizin də məbudunuz, Musanın da məbudu budur. Lakin o bunu unutmuşdur”– dedilər. |
|
2437 | 20 | 89 | أفلا يرون ألا يرجع إليهم قولا ولا يملك لهم ضرا ولا نفعا |
| | | Məgər bu heykəlin onlara heç bir cavab vermədiyini, onlara nə bir zərər, nə də bir fayda verməyə qadir olmadığını görmürdülərmi?! |
|
2438 | 20 | 90 | ولقد قال لهم هارون من قبل يا قوم إنما فتنتم به وإن ربكم الرحمن فاتبعوني وأطيعوا أمري |
| | | Bundan əvvəl Harun onlara demişdi: “Ey qövmüm! Siz bununla ancaq sınağa çəkildiniz. Həqiqətən, sizin Rəbbiniz Mərhəmətli Allahdır. Mənə tabe olun və əmrimə itaət edin!” |
|
2439 | 20 | 91 | قالوا لن نبرح عليه عاكفين حتى يرجع إلينا موسى |
| | | Onlar: “Musa yanımıza qayıtmayınca biz ona sitayiş etməkdən əl çəkməyəcəyik!”– dedilər. |
|
2440 | 20 | 92 | قال يا هارون ما منعك إذ رأيتهم ضلوا |
| | | Musa dedi: “Ey Harun! Onların azdıqlarını gördüyün zaman sənə nə mane oldu ki, |
|
2441 | 20 | 93 | ألا تتبعن أفعصيت أمري |
| | | ardımca gəlmədin? Əmrimə qarşımı çıxdın? |
|
2442 | 20 | 94 | قال يا ابن أم لا تأخذ بلحيتي ولا برأسي إني خشيت أن تقول فرقت بين بني إسرائيل ولم ترقب قولي |
| | | Harun dedi: “Ey anamın oğlu! Saqqalımdan, saçımdan tutma. Doğrusu, mən sənin: “İsrail oğullarını bir-birindən ayırdın, sözümə baxmadın!”– deyəcəyindən qorxdum. |
|
2443 | 20 | 95 | قال فما خطبك يا سامري |
| | | Musa dedi: “Məqsədin nə idi, ey Samiri?” |
|
2444 | 20 | 96 | قال بصرت بما لم يبصروا به فقبضت قبضة من أثر الرسول فنبذتها وكذلك سولت لي نفسي |
| | | O dedi: “Mən onların görmədiklərini gördüm. Mən o elçinin ləpirindən (Cəbrailin atının ayağı dəydiyi yerdən) bir ovuc torpaq götürdüm və onu bəzək əşyalarının üstünə atdım. Nəfsim məni buna sövq etdi”. |
|