نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2423 | 20 | 75 | ومن يأته مؤمنا قد عمل الصالحات فأولئك لهم الدرجات العلى |
| | | Kim (Rəbbinin hüzuruna) yaxşı əməllər etmiş bir mö’min kimi olaraq gələrsə, belələrini ən yüksək dərəcələr gözləyir – |
|
2424 | 20 | 76 | جنات عدن تجري من تحتها الأنهار خالدين فيها وذلك جزاء من تزكى |
| | | Əbədi qalacaqları, (ağacları) altından çaylar axan Ədn cənnətləri. Bu, (günahlardan) pak olanların (təmizlənənlərin) mükafatıdır. |
|
2425 | 20 | 77 | ولقد أوحينا إلى موسى أن أسر بعبادي فاضرب لهم طريقا في البحر يبسا لا تخاف دركا ولا تخشى |
| | | (İzzət və cəlalıma) and olsun ki, Biz Musaya belə vəhy etdik: “Qullarımla gecə yola çıx, (əsanı suya vurmaqla) onlar üçün dənizdə quru bir yol aç. (Fir’onun) sizə yetişməsindən qorxma, (suya qərq olmaqdan da) əndişəyə düşmə!” |
|
2426 | 20 | 78 | فأتبعهم فرعون بجنوده فغشيهم من اليم ما غشيهم |
| | | Fir’on öz ordusu ilə onları tə’qib etdi, daniz də (şahə qalxan dalğaları ilə) onları (onun əsgərlərini) çulğayıb qərq etdi, özü də necə! |
|
2427 | 20 | 79 | وأضل فرعون قومه وما هدى |
| | | Fir’on (mənəm sizin ən böyük rəbbiniz, deyərək) öz tayfasını yoldan çıxartdı və (onları) doğru yola aparmadı. |
|
2428 | 20 | 80 | يا بني إسرائيل قد أنجيناكم من عدوكم وواعدناكم جانب الطور الأيمن ونزلنا عليكم المن والسلوى |
| | | Ey israil oğulları! Sizi düşməninizdən (Fir’onun əlindən) xilas etdik. (Tövratın nazil olması üçün) sizə Tur dağının sağ tərəfini və’d buyurduq. Sizə (göydən) qüdrət halvası və bildirçin endirdik! |
|
2429 | 20 | 81 | كلوا من طيبات ما رزقناكم ولا تطغوا فيه فيحل عليكم غضبي ومن يحلل عليه غضبي فقد هوى |
| | | Sizə verdiyimiz ruzilərin təmizindən (halalından) yeyin, lakin bunda həddi aşmayın (israfçılıq, xəsislik və nankorluq etməyin, ehtiyacı olana şər’i qayda üzrə kömək göstərin), yoxsa qəzəbimə düçar olarsınız. Qəzəbimə düçar olan isə mütləq uçuruma düşüb bədbəxt (cəhənnəmlik) olar. |
|
2430 | 20 | 82 | وإني لغفار لمن تاب وآمن وعمل صالحا ثم اهتدى |
| | | Şübhəsiz ki, Mən həm də tövbə edib iman gətirəni yaxşı işlər görüb, sonra da doğru yolu tutanı çox bağışlayanam! |
|
2431 | 20 | 83 | وما أعجلك عن قومك يا موسى |
| | | (Allah buyurdu:) “Ya Musa! Səni öz camaatından (Tur dağına getdiyin yetmiş kişidən) ayırıb (bü məqama) tələsdirən nə idi?” |
|
2432 | 20 | 84 | قال هم أولاء على أثري وعجلت إليك رب لترضى |
| | | (Musa) belə cavab verdi: “Onlar da arxamca gəlirlər. Ey Rəbbim! Məndən razı qalasan deyə, hüzuruna tələsdim!” |
|