بسم الله الرحمن الرحيم

نتائج البحث: 6236
ترتيب الآيةرقم السورةرقم الآيةالاية
24212073إنا آمنا بربنا ليغفر لنا خطايانا وما أكرهتنا عليه من السحر والله خير وأبقى
Həqiqətən, biz Rəbbimizə iman gətirdik ki, O bizi günahlarımıza və sənin bizi məcbur etdirdiyin sehrə görə bağışlasın. Allahın mükafatı daha xeyirli, cəzası isə daha sürəklidir!”
24222074إنه من يأت ربه مجرما فإن له جهنم لا يموت فيها ولا يحيى
Kim Rəbbinin hüzuruna günahkar kimi gələrsə, cəhənnəmlik olar. O, orada nə ölər, nə də yaşayar.
24232075ومن يأته مؤمنا قد عمل الصالحات فأولئك لهم الدرجات العلى
Kim Onun hüzuruna yaxşı əməllər etmiş bir mömin kimi gələrsə, onlara ən yüksək dərəcələr nəsib olar –
24242076جنات عدن تجري من تحتها الأنهار خالدين فيها وذلك جزاء من تزكى
ağacları altından çaylar axan Ədn bağları. Onlar orada əbədi qalarlar. Bu, günahlardan təmizlənənlərin mükafatıdır.
24252077ولقد أوحينا إلى موسى أن أسر بعبادي فاضرب لهم طريقا في البحر يبسا لا تخاف دركا ولا تخشى
Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx, əsanı suya vurmaqla onlar üçün dənizdə quru yol aç. Düşmənin sizə çatmasından qorxma, çəkinmə!”– deyə vəhy etdik.
24262078فأتبعهم فرعون بجنوده فغشيهم من اليم ما غشيهم
Firon öz ordusu ilə onları təqib etdi və dəniz onları qaplayıb batırdı.
24272079وأضل فرعون قومه وما هدى
Firon öz xalqını azğınlığa sürüklədi və onlara doğru yol göstərmədi.
24282080يا بني إسرائيل قد أنجيناكم من عدوكم وواعدناكم جانب الطور الأيمن ونزلنا عليكم المن والسلوى
Ey İsrail oğulları! Biz sizi düşməninizdən xilas etdik. Sizə sağ tərəfinizdəki dağın yanına gəlməyiniz üçün vədə verdik. Sizə göydən manna və bildirçin endirdik.
24292081كلوا من طيبات ما رزقناكم ولا تطغوا فيه فيحل عليكم غضبي ومن يحلل عليه غضبي فقد هوى
Sizə verdiyimiz ruzilərin təmizindən yeyin və bunda həddi aşmayın, yoxsa sizə qəzəbim tutar. Qəzəbimə gəlmiş kimsə isə bədbəxt olar.
24302082وإني لغفار لمن تاب وآمن وعمل صالحا ثم اهتدى
Mən, həqiqətən də, tövbə edib, iman gətirib yaxşı işlər görən, sonra da doğru yolu tutanları bağışlayıram.


0 ... 232 233 234 235 236 237 238 239 240 241 243 244 245 246 247 248 249 250 251 ... 623

إنتاج هذه المادة أخد: 0.04 ثانية


المغرب.كووم © ٢٠٠٩ - ١٤٣٠ © الحـمـد لله الـذي سـخـر لـنا هـذا :: وقف لله تعالى وصدقة جارية

39848891863181332150715364200826363050