نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2418 | 20 | 70 | فألقي السحرة سجدا قالوا آمنا برب هارون وموسى |
| | | Sehrbazlar səcdəyə qapanıb dedilər: “Biz Harunun və Musanın Rəbbinə iman gətirdik!” |
|
2419 | 20 | 71 | قال آمنتم له قبل أن آذن لكم إنه لكبيركم الذي علمكم السحر فلأقطعن أيديكم وأرجلكم من خلاف ولأصلبنكم في جذوع النخل ولتعلمن أينا أشد عذابا وأبقى |
| | | Firon dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib xurma ağaclarının gövdələrində çarmıxa çəkəcəyəm. Onda hansımızın əzabının daha şiddətli və daha sürəkli olduğunu biləcəksiniz!” |
|
2420 | 20 | 72 | قالوا لن نؤثرك على ما جاءنا من البينات والذي فطرنا فاقض ما أنت قاض إنما تقضي هذه الحياة الدنيا |
| | | Onlar dedilər: “Biz heç vaxt səni bizə gələn bu aydın dəlillərdən və bizi yaradandan üstün tutmayacağıq. İndi nə hökm verəcəksənsə, ver. Sən ancaq bu dünyada hökm verə bilərsən! |
|
2421 | 20 | 73 | إنا آمنا بربنا ليغفر لنا خطايانا وما أكرهتنا عليه من السحر والله خير وأبقى |
| | | Həqiqətən, biz Rəbbimizə iman gətirdik ki, O bizi günahlarımıza və sənin bizi məcbur etdirdiyin sehrə görə bağışlasın. Allahın mükafatı daha xeyirli, cəzası isə daha sürəklidir!” |
|
2422 | 20 | 74 | إنه من يأت ربه مجرما فإن له جهنم لا يموت فيها ولا يحيى |
| | | Kim Rəbbinin hüzuruna günahkar kimi gələrsə, cəhənnəmlik olar. O, orada nə ölər, nə də yaşayar. |
|
2423 | 20 | 75 | ومن يأته مؤمنا قد عمل الصالحات فأولئك لهم الدرجات العلى |
| | | Kim Onun hüzuruna yaxşı əməllər etmiş bir mömin kimi gələrsə, onlara ən yüksək dərəcələr nəsib olar – |
|
2424 | 20 | 76 | جنات عدن تجري من تحتها الأنهار خالدين فيها وذلك جزاء من تزكى |
| | | ağacları altından çaylar axan Ədn bağları. Onlar orada əbədi qalarlar. Bu, günahlardan təmizlənənlərin mükafatıdır. |
|
2425 | 20 | 77 | ولقد أوحينا إلى موسى أن أسر بعبادي فاضرب لهم طريقا في البحر يبسا لا تخاف دركا ولا تخشى |
| | | Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx, əsanı suya vurmaqla onlar üçün dənizdə quru yol aç. Düşmənin sizə çatmasından qorxma, çəkinmə!”– deyə vəhy etdik. |
|
2426 | 20 | 78 | فأتبعهم فرعون بجنوده فغشيهم من اليم ما غشيهم |
| | | Firon öz ordusu ilə onları təqib etdi və dəniz onları qaplayıb batırdı. |
|
2427 | 20 | 79 | وأضل فرعون قومه وما هدى |
| | | Firon öz xalqını azğınlığa sürüklədi və onlara doğru yol göstərmədi. |
|