نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2411 | 20 | 63 | قالوا إن هذان لساحران يريدان أن يخرجاكم من أرضكم بسحرهما ويذهبا بطريقتكم المثلى |
| | | Onlar (uzun-uzadı mübahisədən sonra Musadan və Harundan qorxub astaca bir-birinə) dedilər: “Bu ikisi, əlbəttə, sehrbazdır. Onlar öz sehrləri ilə sizi yurdunuzdan qovub çıxartmaq və sizin ən gözəl yolunuzu (dininizi, təriqətinizi) yox etmək (ə’yan-əşrafınızı öz tərəflərinə çəkmək) istəyirlər. |
|
2412 | 20 | 64 | فأجمعوا كيدكم ثم ائتوا صفا وقد أفلح اليوم من استعلى |
| | | Ona görə də bütün hiylə (sehr) vasitələrinizi toplayın, sonra da (meydana) səf-səf gəlin. Bu gün qalib gələn nicat tapacaqdır! (Mətləbinə yetişəcəkdir!)” |
|
2413 | 20 | 65 | قالوا يا موسى إما أن تلقي وإما أن نكون أول من ألقى |
| | | Onlar dedilər: “Ya Musa! (Özün seç). Ya sən (əvvəlcə əsanı yerə) tulla, ya da biz birinci tullayaq! |
|
2414 | 20 | 66 | قال بل ألقوا فإذا حبالهم وعصيهم يخيل إليه من سحرهم أنها تسعى |
| | | O (Musa) dedi: “Xeyr, (əvvəlcə) siz tullayın!” (Sehrbazlar əllərindəkini yerə atan kimi) onların sehri üzündən birdən (Musaya) elə gəldi ki, onların ipləri və dəyənəkləri hərəkətə gəlib (ilan kimi qarnı üstə) sürünür. |
|
2415 | 20 | 67 | فأوجس في نفسه خيفة موسى |
| | | Musanın canına qorxu düşdü. (O qorxdu ki, camaat sehrlə mö’cüzə arasında fərq qoya bilməyib iman gətirməsin). |
|
2416 | 20 | 68 | قلنا لا تخف إنك أنت الأعلى |
| | | Biz ona belə buyurduq: “Qorxma, üstün gələcək mütləq sənsən! |
|
2417 | 20 | 69 | وألق ما في يمينك تلقف ما صنعوا إنما صنعوا كيد ساحر ولا يفلح الساحر حيث أتى |
| | | Sağ əlindəki əsanı yerə tulla, onların düzüb qoşduqlarını (bütün kəndirləri və dəyənəkləri bir anda) udsun. Onların düzəltdikləri sehrbaz hiyləsindən (əfsundan) başqa bir şey deyildir. Sehrbaz isə, hara gedirsə getsin, mətləbinə çatmaz!” |
|
2418 | 20 | 70 | فألقي السحرة سجدا قالوا آمنا برب هارون وموسى |
| | | (Musa əsasını yerə atan kimi o bir əjdahaya dönüb sehrbazların iplərini, kəndirlərini və dəyənəklərini yerli-dibli uddu). Nəhayət, sehrbazlar: “Biz Harunun və Musanın Rəbbinə (rəbbül-aləminə) iman gətirdik!” – deyib səcdəyə qapandılar. |
|
2419 | 20 | 71 | قال آمنتم له قبل أن آذن لكم إنه لكبيركم الذي علمكم السحر فلأقطعن أيديكم وأرجلكم من خلاف ولأصلبنكم في جذوع النخل ولتعلمن أينا أشد عذابا وأبقى |
| | | O (Fir’on) dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona iman gətirdiniz, çünki o, əslində sizə sehr öyrədən böyüyünüzdür. (Heç eybi yoxdur). Mən də sizin əl-ayağınızı çarpaz kəsdirib xurma ağaclarının kötüklərindən asacağam. Onda hansımızın (mən Fir’onun, yoxsa Musanın Allahının) əzabının daha şiddətli və daha sürəkli olduğunu biləcəksiniz!” |
|
2420 | 20 | 72 | قالوا لن نؤثرك على ما جاءنا من البينات والذي فطرنا فاقض ما أنت قاض إنما تقضي هذه الحياة الدنيا |
| | | (Sehrbazlar) dedilər: “Biz heç vaxt səni bizə gələn bu açıq mö’cüzələrdən və bizi yaradandan üstün tutmayacağıq. İndi nə hökm edəcəksənsə, et. Sən ancaq bu dünyada hökm edə bilərsən! |
|