نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2394 | 20 | 46 | قال لا تخافا إنني معكما أسمع وأرى |
| | | Allah buyurdu: “Qorxmayın, çünki Mən sizinləyəm, eşidirəm və görürəm! |
|
2395 | 20 | 47 | فأتياه فقولا إنا رسولا ربك فأرسل معنا بني إسرائيل ولا تعذبهم قد جئناك بآية من ربك والسلام على من اتبع الهدى |
| | | Onun yanına gedib deyin: “Biz sənin Rəbbinin elçiləriyik. İsrail oğullarını bizimlə göndər və onlara əziyyət vermə. Biz sənin yanına Rəbbindən dəlillə gəlmişik. Doğru yolla gedənlərə salam olsun! |
|
2396 | 20 | 48 | إنا قد أوحي إلينا أن العذاب على من كذب وتولى |
| | | Bizə vəhy olundu ki, əzab, haqqı yalan sayıb üz döndərənlərə veriləcəkdir!” |
|
2397 | 20 | 49 | قال فمن ربكما يا موسى |
| | | Firon dedi: “Rəbbiniz kimdir, ey Musa?” |
|
2398 | 20 | 50 | قال ربنا الذي أعطى كل شيء خلقه ثم هدى |
| | | Musa dedi: “Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da ona doğru yolu göstərəndir!” |
|
2399 | 20 | 51 | قال فما بال القرون الأولى |
| | | Firon dedi: “Bəs əvvəlki nəsillərin halı necə olacaq?” |
|
2400 | 20 | 52 | قال علمها عند ربي في كتاب لا يضل ربي ولا ينسى |
| | | Musa dedi: “Onlar haqqındakı bilgi Rəbbimin yanında olan bir Kitabdadır. Rəbbim nə xəta edir, nə də unudur!” |
|
2401 | 20 | 53 | الذي جعل لكم الأرض مهدا وسلك لكم فيها سبلا وأنزل من السماء ماء فأخرجنا به أزواجا من نبات شتى |
| | | O, yer üzünü sizin üçün beşik etmiş, orada sizin üçün yollar salmış və göydən su endirmişdir. Biz onunla cürbəcür bitkilərdən cüt-cüt yetişdirdik. |
|
2402 | 20 | 54 | كلوا وارعوا أنعامكم إن في ذلك لآيات لأولي النهى |
| | | Onlardan həm özünüz yeyin, həm də heyvanlarınızı yemləyin. Həqiqətən, bunlarda başa düşənlər üçün dəlillər vardır. |
|
2403 | 20 | 55 | منها خلقناكم وفيها نعيدكم ومنها نخرجكم تارة أخرى |
| | | Biz sizi torpaqdan yaratdıq. Sizi ora qaytaracaq və bir daha oradan çıxardacağıq. |
|