نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2393 | 20 | 45 | قالا ربنا إننا نخاف أن يفرط علينا أو أن يطغى |
| | | Onlar: “Ey Rəbbimiz! (Fir’onun mö’cüzə göstərməyimizə hövsələsi çatmayıb) bizə şiddətli cəza verməsindən və ya azğınlaşaraq həddini aşmasından (dikbaşlıq etməsindən) qorxuruq!” – dedilər. |
|
2394 | 20 | 46 | قال لا تخافا إنني معكما أسمع وأرى |
| | | (Allah) buyurdu: “Qorxmayın, Mən də sizinləyəm, (hər şeyi) eşidirəm və görürəm! |
|
2395 | 20 | 47 | فأتياه فقولا إنا رسولا ربك فأرسل معنا بني إسرائيل ولا تعذبهم قد جئناك بآية من ربك والسلام على من اتبع الهدى |
| | | Onun yanına gedib deyin: “Biz ikimiz də sənin Rəbbinin peyğəmbəriyik. İsrail oğullarını bizimlə göndər (Şama getməklərinə mane olma) və onlara işgəncə vermə. Biz sənin yanına Rəbbindən dəlillə (mö’cüzə ilə) gəlmişik. Haqq yolu tutub gedənlərə salam olsun! |
|
2396 | 20 | 48 | إنا قد أوحي إلينا أن العذاب على من كذب وتولى |
| | | Bizə vəhy olundu ki, (Allahın vəhdaniyyətini və ayələrini, qiyaməti və peyğəmbərləri) yalan hesab edənləri və (haqdan) üz döndərənləri (axirətdə) əzab gözləyir!” |
|
2397 | 20 | 49 | قال فمن ربكما يا موسى |
| | | (Fir’on:) “Elədə Rəbbiniz kimdir, ya Musa?” –deyə soruşdu. |
|
2398 | 20 | 50 | قال ربنا الذي أعطى كل شيء خلقه ثم هدى |
| | | (Musa) belə cavab verdi: “Rəbbimiz hər şeyə Öz xilqətini verən, sonra da ona doğru yolu göstərəndir!” |
|
2399 | 20 | 51 | قال فما بال القرون الأولى |
| | | (Fir’on) soruşdu: “Bəs əvvəlki nəsillərin halı necədir?” |
|
2400 | 20 | 52 | قال علمها عند ربي في كتاب لا يضل ربي ولا ينسى |
| | | (Musa) belə cavab verdi: “Onlara dair bilik yalnız Rəbbimin dərgahında olan bir kitabdadır (lövhi-məhfuzdadır). Rəbbim (heç bir şeydə) xəta etməz və (heç bir şeyi) unutmaz!” |
|
2401 | 20 | 53 | الذي جعل لكم الأرض مهدا وسلك لكم فيها سبلا وأنزل من السماء ماء فأخرجنا به أزواجا من نبات شتى |
| | | O (böyük Allah) ki, yer üzünü sizin üçün döşəmiş (döşək etmiş), orada sizin üçün yollar salmış, göydən yağmur yağdırmışdır. Biz o yağmurla növbənöv bitkilərdən cütlər yetişdirmişik. |
|
2402 | 20 | 54 | كلوا وارعوا أنعامكم إن في ذلك لآيات لأولي النهى |
| | | (Onlardan nuşcanlıqla) yeyin, həm də heyvanlarınızı otarın. Həqiqətən, bunda (gördüyümüz bu işlərdə) ağıl sahibləri üçün (Allahın vəhdaniyyətinə, qüdrətinə dəlalət edən) əlamətlər vardır! |
|