نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2385 | 20 | 37 | ولقد مننا عليك مرة أخرى |
| | | Sənə (bundan əvvəl də) bir dəfə ne’mət bəxş etmişdik |
|
2386 | 20 | 38 | إذ أوحينا إلى أمك ما يوحى |
| | | Anana vəhy olunacaq şeyi vəhy etdiyimiz zaman. |
|
2387 | 20 | 39 | أن اقذفيه في التابوت فاقذفيه في اليم فليلقه اليم بالساحل يأخذه عدو لي وعدو له وألقيت عليك محبة مني ولتصنع على عيني |
| | | (O zaman ki, Mən anana buyurmuşdum:) “(Musanı) bir sandığa qoyub çaya (Nilə) at. Qoy çay onu sahilə çıxartsın və Mənə də, ona düşmən olan birisi (Fir’on) onu (sudan tapıb) götürsün”. (Ya Musa!) Gözümün qabağında boya-başa çatdırılasan deyə, Öz tərəfimdən (insanların ürəklərində) sənə bir sevgi yaratdım. (Mərhəmət nəzərim heç vaxt üstündən əskik olmadı. Elə etdim ki, Fir’on özü, arvadı Asiyə və ətrafındakıların hamısı səni sevdi). |
|
2388 | 20 | 40 | إذ تمشي أختك فتقول هل أدلكم على من يكفله فرجعناك إلى أمك كي تقر عينها ولا تحزن وقتلت نفسا فنجيناك من الغم وفتناك فتونا فلبثت سنين في أهل مدين ثم جئت على قدر يا موسى |
| | | O zaman bacın (sənin ardınca guya yad bir adam kimi saraya) gedib (oradakılara) deyirdi: “Sizə ona baxa biləcək (süd verəcək) birisini göstərimmi?” (Onlar razılıq verdilər, anan saraya gəldi). Artıq (salamat qalmağına görə) gözü aydın olsun və kədərlənməsin deyə, səni anana qaytardıq. Sən (on iki yaşında ikən tayfadan olan bir yəhudi ilə mübahisə edən) bir nəfəri (bir qibtini) vurub öldürdün. Sonra Biz səni (Mədyənə qaçırtmaqla) o qəmdən qurtardıq. Biz səni bir çox sınaqlardan keçirtdik (cürbəcür bəlalara, möhnətlərə düçar edib hamısından salamat qurtardıq). İllərlə Mədyən əhli içində (Şüeybin yanında) qaldın. Sonra da müəyyən olunmuş vaxta (qırx yaşına) gəlib çatdın, Ya Musa! |
|
2389 | 20 | 41 | واصطنعتك لنفسي |
| | | Və Mən səni Özümə (peyğəmbər) seçdim! (Qırx yaşına çatan kimi sənə peyğəmbərlik bəxş edib mö’cüzələrlə Fir’onun yanına göndərdim). |
|
2390 | 20 | 42 | اذهب أنت وأخوك بآياتي ولا تنيا في ذكري |
| | | Sən və qardaşın mö’cüzələrimlə gedin və Məni zikr etməkdə zəiflik göstərməyin. (Bu sizin ürəyinizə mətanət, dizinizə qüvvət verər). |
|
2391 | 20 | 43 | اذهبا إلى فرعون إنه طغى |
| | | Fir’onun yanına yollanın. O (allahlıq iddiasına düşməklə), həqiqətən, azğınlaşıb həddini aşmışdır. |
|
2392 | 20 | 44 | فقولا له قولا لينا لعله يتذكر أو يخشى |
| | | Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud (Rəbbindən) qorxsun!” |
|
2393 | 20 | 45 | قالا ربنا إننا نخاف أن يفرط علينا أو أن يطغى |
| | | Onlar: “Ey Rəbbimiz! (Fir’onun mö’cüzə göstərməyimizə hövsələsi çatmayıb) bizə şiddətli cəza verməsindən və ya azğınlaşaraq həddini aşmasından (dikbaşlıq etməsindən) qorxuruq!” – dedilər. |
|
2394 | 20 | 46 | قال لا تخافا إنني معكما أسمع وأرى |
| | | (Allah) buyurdu: “Qorxmayın, Mən də sizinləyəm, (hər şeyi) eşidirəm və görürəm! |
|