نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2370 | 20 | 22 | واضمم يدك إلى جناحك تخرج بيضاء من غير سوء آية أخرى |
| | | Əlini qoltuğunun altına qoy ki, əlin (oradan sənin peyğəmbərliyinin həqiqiliyinə dəlalət edən) başqa bir mö’cüzə olaraq eyibsiz-qüsursuz, ağappaq çıxsın (günəş şüası kimi gözqamaşdırıcı şəfəq saçsın). |
|
2371 | 20 | 23 | لنريك من آياتنا الكبرى |
| | | Və Biz də (bununla) sənə ən böyük mö’cüzələrimizdən (bir neçəsini) göstərək. |
|
2372 | 20 | 24 | اذهب إلى فرعون إنه طغى |
| | | (Ya Musa! Bu mö’cüzələrlə bir peyğəmbər kimi) Fir’onun yanına get! O, həqiqətən, azğınlaşıb həddini aşmışdır (Allahlıq iddiasına düşmüşdür)”. |
|
2373 | 20 | 25 | قال رب اشرح لي صدري |
| | | (Musa) dedi: “Ey Rəbbim! (Peyğəmbərliyi yerinə yerinə yetirməyə qadir olmaq, Fir’onla danışmağa cür’ət etmək və bu yolda bütün məşəqqətlərə tab gətirə bilmək üçün) köksümü açıb genişlət; |
|
2374 | 20 | 26 | ويسر لي أمري |
| | | İşimi yüngülləşdir; |
|
2375 | 20 | 27 | واحلل عقدة من لساني |
| | | Dilimdəki düyünü aç (pəltəkliyimi götür) ki, |
|
2376 | 20 | 28 | يفقهوا قولي |
| | | Sözümü yaxşı anlasınlar! |
|
2377 | 20 | 29 | واجعل لي وزيرا من أهلي |
| | | Və mənə öz ailəmdən bir vəzir (köməkçi) ver – |
|
2378 | 20 | 30 | هارون أخي |
| | | Qardaşım Harunu! |
|
2379 | 20 | 31 | اشدد به أزري |
| | | Onunla arxamı möhkəmləndir. |
|