نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2365 | 20 | 17 | وما تلك بيمينك يا موسى |
| | | Sağ əlindəki nədir, ey Musa?” |
|
2366 | 20 | 18 | قال هي عصاي أتوكأ عليها وأهش بها على غنمي ولي فيها مآرب أخرى |
| | | Musa dedi: “Bu mənim əsamdır. Ona söykənir və onunla qoyunlarıma yarpaq silkələyirəm. Bu, mənim üçün başqa işlərə də yarıyır”. |
|
2367 | 20 | 19 | قال ألقها يا موسى |
| | | Allah buyurdu: “At onu yerə, ey Musa!” |
|
2368 | 20 | 20 | فألقاها فإذا هي حية تسعى |
| | | Musa onu yerə atdı və o, dərhal ilan olub sürətlə sürünməyə başladı. |
|
2369 | 20 | 21 | قال خذها ولا تخف سنعيدها سيرتها الأولى |
| | | Allah buyurdu: “Götür onu, qorxma! Biz onu əvvəlki halına qaytaracağıq. |
|
2370 | 20 | 22 | واضمم يدك إلى جناحك تخرج بيضاء من غير سوء آية أخرى |
| | | Əlini qoynuna sal ki, əlin oradan başqa bir möcüzə kimi ləkəsiz, ağappaq çıxsın. |
|
2371 | 20 | 23 | لنريك من آياتنا الكبرى |
| | | Belə etdik ki, sənə ən böyük möcüzələrimizdən bir neçəsini göstərək. |
|
2372 | 20 | 24 | اذهب إلى فرعون إنه طغى |
| | | Fironun yanına get! Çünki o, həddini aşmışdır”. |
|
2373 | 20 | 25 | قال رب اشرح لي صدري |
| | | Musa dedi: “Ey Rəbbim! Köksümü açıb genişlət! |
|
2374 | 20 | 26 | ويسر لي أمري |
| | | İşimi yüngülləşdir! |
|