نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2338 | 19 | 88 | وقالوا اتخذ الرحمن ولدا |
| | | (Müşriklər:) “Rəhman özünə övlad götürmüşdür!” – dedilər. |
|
2339 | 19 | 89 | لقد جئتم شيئا إدا |
| | | Siz, doğrudan da, olduqca pis bir şey etdiniz (çox böyük-böyük danışdınız)! |
|
2340 | 19 | 90 | تكاد السماوات يتفطرن منه وتنشق الأرض وتخر الجبال هدا |
| | | Buna görə az qaldı ki, göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun!- |
|
2341 | 19 | 91 | أن دعوا للرحمن ولدا |
| | | (Müşriklərin) Rəhmana övlad isnad etdiklərinə görə! |
|
2342 | 19 | 92 | وما ينبغي للرحمن أن يتخذ ولدا |
| | | Halbuki Rəhmana özünə övlad götürmək yaraşmaz. |
|
2343 | 19 | 93 | إن كل من في السماوات والأرض إلا آتي الرحمن عبدا |
| | | Çünki göylərdə və yerdə olan bütün məxluqatdan bir eləsi yoxdur ki, (qiyamət günü) Rəhmanın hüzuruna bir qul kimi gəlməsin. |
|
2344 | 19 | 94 | لقد أحصاهم وعدهم عدا |
| | | And olsun ki, (Allah) onları (bütün yaratdıqlarını) hesablamış və təkrar-təkrar saymışdır. |
|
2345 | 19 | 95 | وكلهم آتيه يوم القيامة فردا |
| | | Onların hamısı qiyamət günü Onun hüzuruna gələcək. |
|
2346 | 19 | 96 | إن الذين آمنوا وعملوا الصالحات سيجعل لهم الرحمن ودا |
| | | Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman (ürəklərdə) bir sevgi yaradacaq. (Allah həm özü onları dost tutacaq, həm də onların məhəbbətini hamının, o cümlədən mö’minlərin qəlbinə salacaqdır). |
|
2347 | 19 | 97 | فإنما يسرناه بلسانك لتبشر به المتقين وتنذر به قوما لدا |
| | | (Ey Muhəmməd!) Biz (Qur’anı) sənin dilinlə asan (hamıya müyəssər) etdik ki, onunla ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərə (Cənnətlə) müjdə verəsən və inadkar bir camaatı (batil dəlillərlə mübahisə aparan Məkkə müşriklərini Cəhənnəmlə) qorxudasan. |
|