نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2335 | 19 | 85 | يوم نحشر المتقين إلى الرحمن وفدا |
| | | O gün Biz müttəqiləri Mərhəmətli Allahın hüzuruna hörmətli nümayəndələr kimi toplayarıq. |
|
2336 | 19 | 86 | ونسوق المجرمين إلى جهنم وردا |
| | | Günahkarları isə Cəhənnəmə susamış olduqları halda qovub apararıq. |
|
2337 | 19 | 87 | لا يملكون الشفاعة إلا من اتخذ عند الرحمن عهدا |
| | | Mərhəmətli Allahdan əhd almış kəslərdən başqaları şəfaət etməyə qadir olmazlar. |
|
2338 | 19 | 88 | وقالوا اتخذ الرحمن ولدا |
| | | Kafirlər: “Mərhəmətli Allah özünə övlad götürmüşdür!”– dedilər. |
|
2339 | 19 | 89 | لقد جئتم شيئا إدا |
| | | Siz olduqca pis bir iş tutdunuz. |
|
2340 | 19 | 90 | تكاد السماوات يتفطرن منه وتنشق الأرض وتخر الجبال هدا |
| | | Bundan az qaldı göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun – |
|
2341 | 19 | 91 | أن دعوا للرحمن ولدا |
| | | Mərhəmətli Allaha övlad isnad etdiklərinə görə. |
|
2342 | 19 | 92 | وما ينبغي للرحمن أن يتخذ ولدا |
| | | Mərhəmətli Allaha özünə övlad götürmək yaraşmaz. |
|
2343 | 19 | 93 | إن كل من في السماوات والأرض إلا آتي الرحمن عبدا |
| | | Göylərdə və yerdə olanların hamısı Mərhəmətli Allahın hüzuruna ancaq bir qul kimi gələcək. |
|
2344 | 19 | 94 | لقد أحصاهم وعدهم عدا |
| | | Allah onları hesablamış və bir-bir saymışdır. |
|