نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2328 | 19 | 78 | أطلع الغيب أم اتخذ عند الرحمن عهدا |
| | | Olmaya, o, qeybdən xəbərdardır, yoxsa Mərhəmətli Allahdan vədə almışdır? |
|
2329 | 19 | 79 | كلا سنكتب ما يقول ونمد له من العذاب مدا |
| | | Xeyr! Biz onun dediklərini yazacaq və əzabını qat-qat artıracağıq. |
|
2330 | 19 | 80 | ونرثه ما يقول ويأتينا فردا |
| | | Onun dediyi şeylər Bizə qalacaq və o, hüzurumuza tək-tənha gələcəkdir. |
|
2331 | 19 | 81 | واتخذوا من دون الله آلهة ليكونوا لهم عزا |
| | | Müşriklər Allahdan başqa məbudlar qəbul etdilər ki, onlara kömək olsunlar. |
|
2332 | 19 | 82 | كلا سيكفرون بعبادتهم ويكونون عليهم ضدا |
| | | Xeyr! Qiyamət günü o bütlər onların ibadətini inkar edəcək və onların əleyhinə çıxacaqlar. |
|
2333 | 19 | 83 | ألم تر أنا أرسلنا الشياطين على الكافرين تؤزهم أزا |
| | | Məgər kafirlərin üstünə onları günaha sövq edən şeytanları göndərdiyimizi görmürsənmi? |
|
2334 | 19 | 84 | فلا تعجل عليهم إنما نعد لهم عدا |
| | | Odur ki, onlardan ötrü əzab diləməyə tələsmə. Biz onların günlərini bir-bir sayırıq. |
|
2335 | 19 | 85 | يوم نحشر المتقين إلى الرحمن وفدا |
| | | O gün Biz müttəqiləri Mərhəmətli Allahın hüzuruna hörmətli nümayəndələr kimi toplayarıq. |
|
2336 | 19 | 86 | ونسوق المجرمين إلى جهنم وردا |
| | | Günahkarları isə Cəhənnəmə susamış olduqları halda qovub apararıq. |
|
2337 | 19 | 87 | لا يملكون الشفاعة إلا من اتخذ عند الرحمن عهدا |
| | | Mərhəmətli Allahdan əhd almış kəslərdən başqaları şəfaət etməyə qadir olmazlar. |
|