نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2328 | 19 | 78 | أطلع الغيب أم اتخذ عند الرحمن عهدا |
| | | Görəsən, o, qeybə vaqif olmuş, yoxsa Rəhmandan (bu barədə) söz (əhd) almışdır?! |
|
2329 | 19 | 79 | كلا سنكتب ما يقول ونمد له من العذاب مدا |
| | | Xeyr, onun dediklərini (əməl dəftərinə) yazacaq, əzabını artırdıqca artıracağıq. |
|
2330 | 19 | 80 | ونرثه ما يقول ويأتينا فردا |
| | | Onun dediyi şeylər (mal-dövləti, övladı) Bizə qalacaq və hüzurumuza tək-tənha gələcəkdir. (Bütün malını və övladını əlindən alacağıq və o məhşərə ilk dəfə dünyaya gəldiyi kimi lüt-üryan, heç kimsiz və heç nəsiz gələcəkdir). |
|
2331 | 19 | 81 | واتخذوا من دون الله آلهة ليكونوا لهم عزا |
| | | (Müşriklər qiyamət günü) onlar üçün şəfaət diləsinlər (yaxud Allahın əzabını onlardan dəf etsinlər) deyə, Allahdan başqa tanrılar qəbul etdilər. |
|
2332 | 19 | 82 | كلا سيكفرون بعبادتهم ويكونون عليهم ضدا |
| | | Xeyr, (qiyamət günü tanrıları) onların ibadətini danacaq və onlara düşmən olacaqlar. |
|
2333 | 19 | 83 | ألم تر أنا أرسلنا الشياطين على الكافرين تؤزهم أزا |
| | | (Ya Rəsulum!) Məgər kafirlərin üstünə onları yoldan çıxarıb günaha sövq edən şeytanları göndərdiyimizi görmədinmi? |
|
2334 | 19 | 84 | فلا تعجل عليهم إنما نعد لهم عدا |
| | | Elə isə onlardan ötrü (onların tezliklə məhv edilməsinə) tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq. (Qoy hələ bir az da yaşayıb daha çox günah etsinlər. Biz müəyyən müddətdən sonra onların cəzasını verəcəyik). |
|
2335 | 19 | 85 | يوم نحشر المتقين إلى الرحمن وفدا |
| | | O gün (qiyamət günü) Biz müttəqiləri Rəhmanın hüzuruna möhtərəm elçilər (şahanə qafilələrlə gələn əziz qonaqlar) kimi cəm edərik. |
|
2336 | 19 | 86 | ونسوق المجرمين إلى جهنم وردا |
| | | Günahkarları isə Cəhənnəmə susuz vəziyyətdə sürükləyib gətirərik. |
|
2337 | 19 | 87 | لا يملكون الشفاعة إلا من اتخذ عند الرحمن عهدا |
| | | Rəhmandan əhd almış kəslər istisna olmaqla, qalanları (kafirlər) şəfaət etməyə qadir olmazlar. (Yalnız iman gətirib yaxşı işlər görənlər qiyamət günü Rəhmanın izni ilə şəfaət etməyə layiqdirlər). |
|