نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2322 | 19 | 72 | ثم ننجي الذين اتقوا ونذر الظالمين فيها جثيا |
| | | Sonra Biz müttəqiləri oddan xilas edəcək, zalımları isə orada diz üstə çökmüş halda tərk edəcəyik. |
|
2323 | 19 | 73 | وإذا تتلى عليهم آياتنا بينات قال الذين كفروا للذين آمنوا أي الفريقين خير مقاما وأحسن نديا |
| | | Onlara açıq-aydın ayələrimiz oxunduğu zaman kafirlər möminlərə deyərlər: “Bu iki firqədən hansının məqamı daha yaxşı, məclisi daha gözəldir?” |
|
2324 | 19 | 74 | وكم أهلكنا قبلهم من قرن هم أحسن أثاثا ورئيا |
| | | Biz onlardan əvvəl var-dövlət və zahiri görünüşcə onlardan daha üstün olan neçə-neçə nəsilləri məhv etdik. |
|
2325 | 19 | 75 | قل من كان في الضلالة فليمدد له الرحمن مدا حتى إذا رأوا ما يوعدون إما العذاب وإما الساعة فسيعلمون من هو شر مكانا وأضعف جندا |
| | | De: “Qoy Mərhəmətli Allah azğınlıqda olan hər kəsə uzun müddət möhlət versin! Nəhayət, özlərinə vəd olunan ya əzabı, ya da o Saatı gördükləri zaman onlar kimin məqamının daha pis, kimin ordusunun daha zəif olduğunu biləcəklər”. |
|
2326 | 19 | 76 | ويزيد الله الذين اهتدوا هدى والباقيات الصالحات خير عند ربك ثوابا وخير مردا |
| | | Allah doğru yolda olanların doğruluğunu artırar. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab baxımından daha xeyirli, aqibətcə daha yaxşıdır. |
|
2327 | 19 | 77 | أفرأيت الذي كفر بآياتنا وقال لأوتين مالا وولدا |
| | | Ayələrimizi inkar edib: “Mənə hökmən var-dövlət və övlad veriləcəkdir!”– deyən adamı gördünmü? |
|
2328 | 19 | 78 | أطلع الغيب أم اتخذ عند الرحمن عهدا |
| | | Olmaya, o, qeybdən xəbərdardır, yoxsa Mərhəmətli Allahdan vədə almışdır? |
|
2329 | 19 | 79 | كلا سنكتب ما يقول ونمد له من العذاب مدا |
| | | Xeyr! Biz onun dediklərini yazacaq və əzabını qat-qat artıracağıq. |
|
2330 | 19 | 80 | ونرثه ما يقول ويأتينا فردا |
| | | Onun dediyi şeylər Bizə qalacaq və o, hüzurumuza tək-tənha gələcəkdir. |
|
2331 | 19 | 81 | واتخذوا من دون الله آلهة ليكونوا لهم عزا |
| | | Müşriklər Allahdan başqa məbudlar qəbul etdilər ki, onlara kömək olsunlar. |
|