نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2315 | 19 | 65 | رب السماوات والأرض وما بينهما فاعبده واصطبر لعبادته هل تعلم له سميا |
| | | O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbirli ol! Heç Ona oxşarını tanıyırsanmı?! |
|
2316 | 19 | 66 | ويقول الإنسان أإذا ما مت لسوف أخرج حيا |
| | | İnsan soruşar: “Doğrudanmı mən öldükdən sonra qəbirdən diri çıxardılacağam?” |
|
2317 | 19 | 67 | أولا يذكر الإنسان أنا خلقناه من قبل ولم يك شيئا |
| | | Məgər insan ilk əvvəl onu heç bir şey deyilkən yaratdığımızı xatırlamırmı? |
|
2318 | 19 | 68 | فوربك لنحشرنهم والشياطين ثم لنحضرنهم حول جهنم جثيا |
| | | Rəbbinə and olsun ki, Biz onları şeytanlarla birlikdə bir yerə toplayacaq, sonra da onları diz üstə çökmüş halda Cəhənnəmin ətrafına yerləşdirəcəyik. |
|
2319 | 19 | 69 | ثم لننزعن من كل شيعة أيهم أشد على الرحمن عتيا |
| | | Sonra hər firqədən Mərhəmətli Allaha ən çox asi olanı çıxardacağıq. |
|
2320 | 19 | 70 | ثم لنحن أعلم بالذين هم أولى بها صليا |
| | | Orada yanmağa daha çox layiq olanları, əlbəttə ki, Biz yaxşı tanıyırıq. |
|
2321 | 19 | 71 | وإن منكم إلا واردها كان على ربك حتما مقضيا |
| | | İçinizdən hər kəs oraya varid olacaqdır. Bu, Rəbbinin əzəldən müəyyən etdiyi qəti bir qərardır. |
|
2322 | 19 | 72 | ثم ننجي الذين اتقوا ونذر الظالمين فيها جثيا |
| | | Sonra Biz müttəqiləri oddan xilas edəcək, zalımları isə orada diz üstə çökmüş halda tərk edəcəyik. |
|
2323 | 19 | 73 | وإذا تتلى عليهم آياتنا بينات قال الذين كفروا للذين آمنوا أي الفريقين خير مقاما وأحسن نديا |
| | | Onlara açıq-aydın ayələrimiz oxunduğu zaman kafirlər möminlərə deyərlər: “Bu iki firqədən hansının məqamı daha yaxşı, məclisi daha gözəldir?” |
|
2324 | 19 | 74 | وكم أهلكنا قبلهم من قرن هم أحسن أثاثا ورئيا |
| | | Biz onlardan əvvəl var-dövlət və zahiri görünüşcə onlardan daha üstün olan neçə-neçə nəsilləri məhv etdik. |
|