نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2315 | 19 | 65 | رب السماوات والأرض وما بينهما فاعبده واصطبر لعبادته هل تعلم له سميا |
| | | O, göylərin və yerin, onların arasında olan hər şeyin Rəbbidir! Yalnız Ona ibadət et və Onun ibadətinə səbirli ol! Heç (Allahın özündən başqa) Ona bənzərini (Onun adını daşıyan başqa birisini) görmüsənmi? (Müşriklər öz bütlərinə tanrı, ilahi desələr də, heç zaman onlara Allah adını verməzlər). |
|
2316 | 19 | 66 | ويقول الإنسان أإذا ما مت لسوف أخرج حيا |
| | | (Qiyaməti inkar edən) insan: “Mən öldükdən sonra (qəbirdən) dirimi çıxardılacağam?” – deyə soruşur. |
|
2317 | 19 | 67 | أولا يذكر الإنسان أنا خلقناه من قبل ولم يك شيئا |
| | | Məgər insan ilk öncə onu heç bir şey deyilkən (yoxdan) yaratdığımızı xatırlamırmı? |
|
2318 | 19 | 68 | فوربك لنحشرنهم والشياطين ثم لنحضرنهم حول جهنم جثيا |
| | | (Ya Rəsulum!) Rəbbinə and olsun ki, Biz onları (özlərinə dost tutduqları) şeytanlarla birlikdə yığıb məhşərə gətirəcək, sonra onları (qorxudan ayaq üstə dura bilməyib) diz üstə çökmüş halda Cəhənnəmin ətrafına düzəcəyik. |
|
2319 | 19 | 69 | ثم لننزعن من كل شيعة أيهم أشد على الرحمن عتيا |
| | | Sonra hər bir firqədən Rəhmana ən çox asi olanı dartıb çıxardacağıq (araya gətirəcəyik). |
|
2320 | 19 | 70 | ثم لنحن أعلم بالذين هم أولى بها صليا |
| | | Sonra (onlardan) Cəhənnəmə girib yanmağa ən çox layiq olanları, sözsüz ki, Biz daha yaxşı bilirik. |
|
2321 | 19 | 71 | وإن منكم إلا واردها كان على ربك حتما مقضيا |
| | | Sizdən elə bir kəs olmaz ki, oraya varid olmasın. Bu, Rəbbinin (əzəldən) buyurduğu vacib bir hökmdür. (Bütün insanlar Cəhənnəmin müdhiş mənzərəsini onun körpüsü üstündən keçərkən öz gözləri ilə görəcəklər. Cənnətliklər cəhənnəm odunun içindən yanmadan, sağ-salamat keçəcək, cəhənnəmliklər isə ora düşüb əbədi əzaba məhkum olacaqlar. Bir qism insan da müəyyən müddət orada qalıb günahı təmizlənəcək, sonra Cənnətə qayıdacaqdır). |
|
2322 | 19 | 72 | ثم ننجي الذين اتقوا ونذر الظالمين فيها جثيا |
| | | Sonra Biz Allahdan qorxub pis əməllərdən çəkinənlərə nicat verəcək, zalımları isə orada diz üstə çökmüş halda saxlayacağıq! |
|
2323 | 19 | 73 | وإذا تتلى عليهم آياتنا بينات قال الذين كفروا للذين آمنوا أي الفريقين خير مقاما وأحسن نديا |
| | | Ayələrimiz özlərinə açıq-aşkar oxunduğu zaman kafir olanlar iman gətirənlərdən: “Bu iki tayfadan hansının (bizim, yoxsa sizin) məqamı daha yaxşı, hansının məclisi daha gözəldir?” – deyə soruşarlar. |
|
2324 | 19 | 74 | وكم أهلكنا قبلهم من قرن هم أحسن أثاثا ورئيا |
| | | Halbuki Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik ki, onlar mal-dövlət və simaca (bu kafirlərdən) daha üstün (daha gözəl) idilər. |
|