نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2311 | 19 | 61 | جنات عدن التي وعد الرحمن عباده بالغيب إنه كان وعده مأتيا |
| | | Rəhmanın (Allahın) Öz bəndələrinə və’d etdiyi və onların görmədiyi Ədn cənnətlərinə. Onun və’di mütləq yerinə yetəcəkdir. |
|
2312 | 19 | 62 | لا يسمعون فيها لغوا إلا سلاما ولهم رزقهم فيها بكرة وعشيا |
| | | Onlar orada boş (lağlağı) söhbətlər deyil, (mələklərdən və bir-birindən) ancaq: “Salam!” eşidərlər. Ruziləri də səhər-axşam (həmişə) oradadır. |
|
2313 | 19 | 63 | تلك الجنة التي نورث من عبادنا من كان تقيا |
| | | Bu, həmin o Cənnətdir ki, bəndələrimizdən müttəqi olanları ona varis edəcəyik. |
|
2314 | 19 | 64 | وما نتنزل إلا بأمر ربك له ما بين أيدينا وما خلفنا وما بين ذلك وما كان ربك نسيا |
| | | (Cəbrailin bir müddət yanına gəlməməsindən xiffət çəkən Peyğəmbərə Allaha yaxın olan bu əzəmətli mələk belə demişdi:) “Biz (dünyaya) yalnız sənin Rəbbinin əmri ilə enirik. Önümüzdə, arxamızda və onların arasında nə varsa ancaq Ona məxsusdur. (Keçmişə, indiyə və gələcəyə aid işlər, dünya yaranandan qiyamət gününə qədər baş verəcək hər bir şey məhz Allahın iradəsinə tabedir). Rəbbin (Öz bəndələrini) unudan deyildir”. (Cəbrail Qur’anı Muhəmməd peyğəmbərə öyrətməyə təhkim olunsa da, Allahın əmri olmadan yerə enib heç bir ayə gətirə bilməz. Onun yer üzünə nə vaxt enməsi, hansı ayəni gətirməsi məhz Allahın buyuruğu ilədir. Allaha isə insandan fərqli olaraq unutmaq xüsusiyyəti yaddır. O, heç zaman bəndələrini unutmaz. İstədiyin bu və ya digər ayənin, vəhyin sənə dərhal nazil olmaması Rəbbindən başqa heç kəsin bilmədiyi müəyyən bir hikməti-ilahi ilə bağlıdır. Ona görə də belə şeydən ötrü ürəyini qısma!) |
|
2315 | 19 | 65 | رب السماوات والأرض وما بينهما فاعبده واصطبر لعبادته هل تعلم له سميا |
| | | O, göylərin və yerin, onların arasında olan hər şeyin Rəbbidir! Yalnız Ona ibadət et və Onun ibadətinə səbirli ol! Heç (Allahın özündən başqa) Ona bənzərini (Onun adını daşıyan başqa birisini) görmüsənmi? (Müşriklər öz bütlərinə tanrı, ilahi desələr də, heç zaman onlara Allah adını verməzlər). |
|
2316 | 19 | 66 | ويقول الإنسان أإذا ما مت لسوف أخرج حيا |
| | | (Qiyaməti inkar edən) insan: “Mən öldükdən sonra (qəbirdən) dirimi çıxardılacağam?” – deyə soruşur. |
|
2317 | 19 | 67 | أولا يذكر الإنسان أنا خلقناه من قبل ولم يك شيئا |
| | | Məgər insan ilk öncə onu heç bir şey deyilkən (yoxdan) yaratdığımızı xatırlamırmı? |
|
2318 | 19 | 68 | فوربك لنحشرنهم والشياطين ثم لنحضرنهم حول جهنم جثيا |
| | | (Ya Rəsulum!) Rəbbinə and olsun ki, Biz onları (özlərinə dost tutduqları) şeytanlarla birlikdə yığıb məhşərə gətirəcək, sonra onları (qorxudan ayaq üstə dura bilməyib) diz üstə çökmüş halda Cəhənnəmin ətrafına düzəcəyik. |
|
2319 | 19 | 69 | ثم لننزعن من كل شيعة أيهم أشد على الرحمن عتيا |
| | | Sonra hər bir firqədən Rəhmana ən çox asi olanı dartıb çıxardacağıq (araya gətirəcəyik). |
|
2320 | 19 | 70 | ثم لنحن أعلم بالذين هم أولى بها صليا |
| | | Sonra (onlardan) Cəhənnəmə girib yanmağa ən çox layiq olanları, sözsüz ki, Biz daha yaxşı bilirik. |
|