نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2302 | 19 | 52 | وناديناه من جانب الطور الأيمن وقربناه نجيا |
| | | Biz Musanı sağ tərəfindəki dağın yaxınlığından çağırdıq və onunla danışıb onu özümüzə yaxın etdik. |
|
2303 | 19 | 53 | ووهبنا له من رحمتنا أخاه هارون نبيا |
| | | Biz Öz mərhəmətimizdən ona qardaşı Harunu da bir peyğəmbər olaraq bəxş etdik. |
|
2304 | 19 | 54 | واذكر في الكتاب إسماعيل إنه كان صادق الوعد وكان رسولا نبيا |
| | | Kitabda İsmaili də xatırla! Həqiqətən, o öz vədinə sadiq idi. O, bir elçi və peyğəmbər idi. |
|
2305 | 19 | 55 | وكان يأمر أهله بالصلاة والزكاة وكان عند ربه مرضيا |
| | | O öz ailəsinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını qazanmışdı. |
|
2306 | 19 | 56 | واذكر في الكتاب إدريس إنه كان صديقا نبيا |
| | | Kitabda İdrisi də xatırla! Həqiqətən, o, düz danışan adam və bir peyğəmbər idi. |
|
2307 | 19 | 57 | ورفعناه مكانا عليا |
| | | Biz onu yüksək bir məqama ucaltdıq. |
|
2308 | 19 | 58 | أولئك الذين أنعم الله عليهم من النبيين من ذرية آدم وممن حملنا مع نوح ومن ذرية إبراهيم وإسرائيل وممن هدينا واجتبينا إذا تتلى عليهم آيات الرحمن خروا سجدا وبكيا |
| | | Onlar Allahın nemət bəxş etdiyi peyğəmbərlərdən, Adəmin və Nuhla birlikdə gəmidə daşıdığımız kimsələrin nəslindən, İbrahimin və İsrailin nəslindən seçib haqq yola yönəltdiyimiz kimsələrdəndir. Onlar özlərinə Mərhəmətli Allahın ayələri oxunduğu zaman səcdəyə qapanıb ağlayanlardır. |
|
2309 | 19 | 59 | فخلف من بعدهم خلف أضاعوا الصلاة واتبعوا الشهوات فسوف يلقون غيا |
| | | Onların arxasınca namazı buraxıb şəhvətə uyan bir nəsil gəldi. Onlar ziyana uğrayacaqlar. |
|
2310 | 19 | 60 | إلا من تاب وآمن وعمل صالحا فأولئك يدخلون الجنة ولا يظلمون شيئا |
| | | Ancaq Allaha tövbə edib iman gətirənlər və xeyirxahlıq edənlərdən başqa! Onlar Cənnətə daxil olacaq və heç bir haqsızlığa məruz qalmayacaqlar. |
|
2311 | 19 | 61 | جنات عدن التي وعد الرحمن عباده بالغيب إنه كان وعده مأتيا |
| | | Bu Cənnət Mərhəmətli Allahın Öz qullarına vəd etdiyi və onların görmədikləri Ədn bağlarıdır. Onun vədi mütləq yerinə yetəcəkdir. |
|