نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2292 | 19 | 42 | إذ قال لأبيه يا أبت لم تعبد ما لا يسمع ولا يبصر ولا يغني عنك شيئا |
| | | Bir zaman o, atasına demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən? |
|
2293 | 19 | 43 | يا أبت إني قد جاءني من العلم ما لم يأتك فاتبعني أهدك صراطا سويا |
| | | Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Arxamca gəl ki, səni doğru yola yönəldim. |
|
2294 | 19 | 44 | يا أبت لا تعبد الشيطان إن الشيطان كان للرحمن عصيا |
| | | Atacan! Şeytana ibadət etmə! Həqiqətən, şeytan Mərhəmətli Allaha çox asi oldu. |
|
2295 | 19 | 45 | يا أبت إني أخاف أن يمسك عذاب من الرحمن فتكون للشيطان وليا |
| | | Atacan! Qorxuram ki, Mərhəmətli Allahdan sənə bir əzab toxunsun və beləcə, şeytana yoldaş olasan”. |
|
2296 | 19 | 46 | قال أراغب أنت عن آلهتي يا إبراهيم لئن لم تنته لأرجمنك واهجرني مليا |
| | | Atası dedi: “Sən mənim məbudlarımdan üzmü çevirirsən, ey İbrahim!? Əgər buna son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq ol!” |
|
2297 | 19 | 47 | قال سلام عليك سأستغفر لك ربي إنه كان بي حفيا |
| | | İbrahim dedi: “Sənə salam olsun! Mən Rəbbimdən sənin üçün bağışlanma diləyəcəyəm. Həqiqətən, O mənə qarşı çox lütfkardır. |
|
2298 | 19 | 48 | وأعتزلكم وما تدعون من دون الله وأدعو ربي عسى ألا أكون بدعاء ربي شقيا |
| | | Mən sizi və Allahdan başqa sitayiş etdiyiniz bütləri tərk edir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua etməklə heç vaxt bədbəxt olmayım”. |
|
2299 | 19 | 49 | فلما اعتزلهم وما يعبدون من دون الله وهبنا له إسحاق ويعقوب وكلا جعلنا نبيا |
| | | İbrahim onları və onların Allahdan başqa yalvardıqlarını tərk etdiyi zaman Biz ona İshaqı və Yaqubu bəxş etdik. Biz onların hər ikisini peyğəmbər etdik. |
|
2300 | 19 | 50 | ووهبنا لهم من رحمتنا وجعلنا لهم لسان صدق عليا |
| | | Biz onlara öz mərhəmətimizdən əta etdik və gələcək nəsillər həmişə yada salsın deyə onlara yaxşı ad qismət elədik. |
|
2301 | 19 | 51 | واذكر في الكتاب موسى إنه كان مخلصا وكان رسولا نبيا |
| | | Kitabda Musanı da xatırla! Həqiqətən o, seçilmiş bir elçi və peyğəmbər idi. |
|