نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2288 | 19 | 38 | أسمع بهم وأبصر يوم يأتوننا لكن الظالمون اليوم في ضلال مبين |
| | | Onlar Bizim hüzurumuza gələcəkləri gün necə yaxşı eşidəcək, necə də yaxşı görəcəklər! Lakin zalımlar bu gün açıq-aydın azğınlıq içindədirlər. |
|
2289 | 19 | 39 | وأنذرهم يوم الحسرة إذ قضي الأمر وهم في غفلة وهم لا يؤمنون |
| | | Sən onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut! İndi onlar hələ qəflətdədirlər və iman gətirmirlər. |
|
2290 | 19 | 40 | إنا نحن نرث الأرض ومن عليها وإلينا يرجعون |
| | | Şübhəsiz ki, yerə və onun üstündə qalanlara təkcə biz sahib çıxacağıq. Onların qayıdışı Bizə olacaqdır. |
|
2291 | 19 | 41 | واذكر في الكتاب إبراهيم إنه كان صديقا نبيا |
| | | Kitabda İbrahimi də xatırla! Həqiqətən, o, sadiq insan və peyğəmbər idi. |
|
2292 | 19 | 42 | إذ قال لأبيه يا أبت لم تعبد ما لا يسمع ولا يبصر ولا يغني عنك شيئا |
| | | Bir zaman o, atasına demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən? |
|
2293 | 19 | 43 | يا أبت إني قد جاءني من العلم ما لم يأتك فاتبعني أهدك صراطا سويا |
| | | Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Arxamca gəl ki, səni doğru yola yönəldim. |
|
2294 | 19 | 44 | يا أبت لا تعبد الشيطان إن الشيطان كان للرحمن عصيا |
| | | Atacan! Şeytana ibadət etmə! Həqiqətən, şeytan Mərhəmətli Allaha çox asi oldu. |
|
2295 | 19 | 45 | يا أبت إني أخاف أن يمسك عذاب من الرحمن فتكون للشيطان وليا |
| | | Atacan! Qorxuram ki, Mərhəmətli Allahdan sənə bir əzab toxunsun və beləcə, şeytana yoldaş olasan”. |
|
2296 | 19 | 46 | قال أراغب أنت عن آلهتي يا إبراهيم لئن لم تنته لأرجمنك واهجرني مليا |
| | | Atası dedi: “Sən mənim məbudlarımdan üzmü çevirirsən, ey İbrahim!? Əgər buna son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq ol!” |
|
2297 | 19 | 47 | قال سلام عليك سأستغفر لك ربي إنه كان بي حفيا |
| | | İbrahim dedi: “Sənə salam olsun! Mən Rəbbimdən sənin üçün bağışlanma diləyəcəyəm. Həqiqətən, O mənə qarşı çox lütfkardır. |
|