نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2285 | 19 | 35 | ما كان لله أن يتخذ من ولد سبحانه إذا قضى أمرا فإنما يقول له كن فيكون |
| | | Allaha övlad götürmək yaraşmaz. O, pak və müqəddəsdir! O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”– deyər, o da dərhal olar. |
|
2286 | 19 | 36 | وإن الله ربي وربكم فاعبدوه هذا صراط مستقيم |
| | | İsa dedi: “Həqiqətən, Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Elə isə yalnız Ona ibadət edin! Düz yol da budur”. |
|
2287 | 19 | 37 | فاختلف الأحزاب من بينهم فويل للذين كفروا من مشهد يوم عظيم |
| | | Sonra firqələrin arasında ziddiyyət düşdü. Böyük günü görəcək kafirlərin vay halına! |
|
2288 | 19 | 38 | أسمع بهم وأبصر يوم يأتوننا لكن الظالمون اليوم في ضلال مبين |
| | | Onlar Bizim hüzurumuza gələcəkləri gün necə yaxşı eşidəcək, necə də yaxşı görəcəklər! Lakin zalımlar bu gün açıq-aydın azğınlıq içindədirlər. |
|
2289 | 19 | 39 | وأنذرهم يوم الحسرة إذ قضي الأمر وهم في غفلة وهم لا يؤمنون |
| | | Sən onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut! İndi onlar hələ qəflətdədirlər və iman gətirmirlər. |
|
2290 | 19 | 40 | إنا نحن نرث الأرض ومن عليها وإلينا يرجعون |
| | | Şübhəsiz ki, yerə və onun üstündə qalanlara təkcə biz sahib çıxacağıq. Onların qayıdışı Bizə olacaqdır. |
|
2291 | 19 | 41 | واذكر في الكتاب إبراهيم إنه كان صديقا نبيا |
| | | Kitabda İbrahimi də xatırla! Həqiqətən, o, sadiq insan və peyğəmbər idi. |
|
2292 | 19 | 42 | إذ قال لأبيه يا أبت لم تعبد ما لا يسمع ولا يبصر ولا يغني عنك شيئا |
| | | Bir zaman o, atasına demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən? |
|
2293 | 19 | 43 | يا أبت إني قد جاءني من العلم ما لم يأتك فاتبعني أهدك صراطا سويا |
| | | Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Arxamca gəl ki, səni doğru yola yönəldim. |
|
2294 | 19 | 44 | يا أبت لا تعبد الشيطان إن الشيطان كان للرحمن عصيا |
| | | Atacan! Şeytana ibadət etmə! Həqiqətən, şeytan Mərhəmətli Allaha çox asi oldu. |
|