نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2282 | 19 | 32 | وبرا بوالدتي ولم يجعلني جبارا شقيا |
| | | Həm də məni anama qarşı qayğıkeş etdi; məni lovğa və bədbəxt etmədi. |
|
2283 | 19 | 33 | والسلام علي يوم ولدت ويوم أموت ويوم أبعث حيا |
| | | Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!” |
|
2284 | 19 | 34 | ذلك عيسى ابن مريم قول الحق الذي فيه يمترون |
| | | Barəsində şübhəyə düşdükləri haqq söz olan Məryəm oğlu İsa budur! |
|
2285 | 19 | 35 | ما كان لله أن يتخذ من ولد سبحانه إذا قضى أمرا فإنما يقول له كن فيكون |
| | | Allaha övlad götürmək yaraşmaz. O, pak və müqəddəsdir! O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”– deyər, o da dərhal olar. |
|
2286 | 19 | 36 | وإن الله ربي وربكم فاعبدوه هذا صراط مستقيم |
| | | İsa dedi: “Həqiqətən, Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Elə isə yalnız Ona ibadət edin! Düz yol da budur”. |
|
2287 | 19 | 37 | فاختلف الأحزاب من بينهم فويل للذين كفروا من مشهد يوم عظيم |
| | | Sonra firqələrin arasında ziddiyyət düşdü. Böyük günü görəcək kafirlərin vay halına! |
|
2288 | 19 | 38 | أسمع بهم وأبصر يوم يأتوننا لكن الظالمون اليوم في ضلال مبين |
| | | Onlar Bizim hüzurumuza gələcəkləri gün necə yaxşı eşidəcək, necə də yaxşı görəcəklər! Lakin zalımlar bu gün açıq-aydın azğınlıq içindədirlər. |
|
2289 | 19 | 39 | وأنذرهم يوم الحسرة إذ قضي الأمر وهم في غفلة وهم لا يؤمنون |
| | | Sən onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut! İndi onlar hələ qəflətdədirlər və iman gətirmirlər. |
|
2290 | 19 | 40 | إنا نحن نرث الأرض ومن عليها وإلينا يرجعون |
| | | Şübhəsiz ki, yerə və onun üstündə qalanlara təkcə biz sahib çıxacağıq. Onların qayıdışı Bizə olacaqdır. |
|
2291 | 19 | 41 | واذكر في الكتاب إبراهيم إنه كان صديقا نبيا |
| | | Kitabda İbrahimi də xatırla! Həqiqətən, o, sadiq insan və peyğəmbər idi. |
|