نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
2282 | 19 | 32 | وبرا بوالدتي ولم يجعلني جبارا شقيا |
| | | O, həmçinin məni anama qarşı olduqca itaətkar (nəvazişkar) etdi, (heç kəsə qarşı) zülmkar, asi (dikbaş) eləmədi! |
|
2283 | 19 | 33 | والسلام علي يوم ولدت ويوم أموت ويوم أبعث حيا |
| | | Doğulduğum gün də, öləcəyim gün də, diriləcəyim (qəbirdən diri olaraq qaldırılacağım) gün (qiyamət günü) də (Allahdan) mənə salam olsun!” |
|
2284 | 19 | 34 | ذلك عيسى ابن مريم قول الحق الذي فيه يمترون |
| | | Bu, (yəhudilərin və xaçpərəstlərin barəsində) şübhəyə düşdükləri Məryəm oğlu İsa haqqında (Allahın buyurduğu) haqq sözdür! [Yaxud (yəhudilərin və xaçpərəstlərin) barəsində şəkk-şübhə etdikləri Məryəm oğlu İsa haqq söz olaraq budur]. |
|
2285 | 19 | 35 | ما كان لله أن يتخذ من ولد سبحانه إذا قضى أمرا فإنما يقول له كن فيكون |
| | | Allaha (özü üçün) övlad götürmək yaraşmaz. O, pakdır, müqəddəsdir. O, hər hansı bir şeyi yaratmaq istədikdə ona yalnız: “Ol!” deyər, o da dərhal olar. |
|
2286 | 19 | 36 | وإن الله ربي وربكم فاعبدوه هذا صراط مستقيم |
| | | (İsa sonra belə dedi:) “Allah mənim də, sizin də Rəbbinizdir. Yalnız Ona ibadət edin. Bu, doğru yoldur!” |
|
2287 | 19 | 37 | فاختلف الأحزاب من بينهم فويل للذين كفروا من مشهد يوم عظيم |
| | | (Xaçpərəstlərdən olan) firqələr (İsa Allahdır, yaxud Allahın oğludur və s. sözlər deyərək) öz aralarında anlaşılmazlığa düşdülər. Vay o böyük günü (qiyamət gününü) görəcək kafirlərin halına! |
|
2288 | 19 | 38 | أسمع بهم وأبصر يوم يأتوننا لكن الظالمون اليوم في ضلال مبين |
| | | (Sən indi onların özlərini karlığa, korluğa vurmalarına baxma!) Onlar Bizim hüzurumuza gələcəkləri gün (qiyamət günü hər şeyi) elə yaxşı eşidəcək, elə yaxşı görəcəklər ki! Lakin zalımlar bu gün açıq-aşkar bir zəlalət içindədirlər (haqq yoldan aşkar azmışlar). |
|
2289 | 19 | 39 | وأنذرهم يوم الحسرة إذ قضي الأمر وهم في غفلة وهم لا يؤمنون |
| | | (Ya Rəsulum!) Qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı (haqq-hesab çəkilib mö’minlərin Cənnətə, kafirlərin isə Cəhənnəmə girəcəyi) peşmançılıq günü (insanın pis əməllərinə görə peşman olacağı, lakin bu peşmançılığın heç bir fayda verməyəcəyi qiyamət günü) ilə qorxut! |
|
2290 | 19 | 40 | إنا نحن نرث الأرض ومن عليها وإلينا يرجعون |
| | | (O gün bütün) yer üzünə və onun üzərində olan hər şeyə yalnız biz varis olacağıq. (Bizdən başqa heç kəs və heç nə qalmayacaq). Onlar (əməllərinin cəzasını almaq üçün) Bizim hüzurumuza qaytarılacaqlar. |
|
2291 | 19 | 41 | واذكر في الكتاب إبراهيم إنه كان صديقا نبيا |
| | | (Ya Rəsulum!) Kitabda (Qur’anda) İbrahimi də yad et (onun hekayətini də ümmətinə söylə). Həqiqətən, o, büsbütün doğru danışan kimsə (siddiq) – bir peyğəmbər idi. |
|